1 2 3 4 5 6 7 8 9 ... 13

III bölmə - Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla...

səhifə3/13
tarix14.02.2018
ölçüsü1.01 Mb.

III bölmə

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların İcrası


IX fəsil

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların İcrasının ümumİ müddəaları


Maddə 65.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası yeri

65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Sağlamlıq vəziyyətinə görə, şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə və digər müstəsna hallara görə məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər.

65.2. Cinayətlərin xüsusi təhlükəli residivinə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya və ya cəzalarının bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəzalarını çəkmək üçün yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə göndərilirlər. Maddə 66.

Cəzaçəkmə müəssisələrinin növləri

66.1. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.

28

66.2. Cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.

66.3. Müalicə müəssisələrində stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər.

29

Maddə 67.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi

67.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkum bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququna malikdir.

67.2. Cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Maddə 68.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi qaydaları

68.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən məhkum cəzanın icrası yerinə çatdıqdan sonra müşayiətdən dərhal azad olunur. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər.

30

68.2. Məhkumların müşayiətlə göndərilməsi ayrılıqda saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir. Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, eyni cinayət işi üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər), zöhrəvi xəstəlikdən müalicə kursunu tam keçməmiş şəxslər və psixi xəstələr bir-birindən ayrı-ayrılıqda və sağlam məhkumlardan təcrid olunmaqla tibb işçilərinin müşayiəti ilə göndərilirlər. Maddə 69.

Məhkumların təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanması

69.1. İlk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkən şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanıla bilərlər. Əvvəllər məhkum edilmiş və yenidən yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün müalicə müəssisələrində saxlanıla bilərlər.

31

69.2. Məhkumun təsərrüfat və məişət xidməti işi üçün saxlanması istintaq təcridxanası, müalicə müəssisəsi və ya həbsxana müdiriyyətinin qərarı ilə həyata keçirilir.

69.3. Təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanılan məhkumlar, ümumi rejimli cəzaçəkmə müəssisələri üçün bu Məcəllədə nəzərdə tutulan şərtlərlə başqa şəxslərdən təcrid olunmaqla saxlanılırlar. Bu məhkumlar bağlı bina və ya otaqlarda işlədikləri hallarda gündə iki saat müddətinə gəzinti hüququna malikdirlər.


Maddə 69-1.

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin istintaq təcridxanalarına keçirilməsi

32


69-1.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmənin qərarına əsasən iki aydan çox olmayan müddətə cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilə bilərlər. Zəruri hallarda bu müddət məhkəmənin qərarı ilə dörd ayadək uzadıla bilər. Məhkəməyədək icraat zamanı göstərilən məsələlərə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkumun cəza çəkdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

69-1.2. Bu Məcəllənin 69-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilmiş şəxslərin saxlanılma şərtləri həmin yerlərin saxlanma rejimi və onlara məhkəmənin hökmü ilə təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edilir. Belə halda məhkumlara bu Məcəllədə nəzərdə tutulmuş uzun müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları ilə əvəz oluna bilər.

69-1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, onların cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bu şəxslərin istintaq təcridxanalarında saxlanma müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş həbsdə saxlanma müddətləri daxilində müəyyən edilir. Maddə 70.

Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi

70.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

70.2. Müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər:

70.2.1. həbsxanadan cəzaçəkmə müəssisələrinə—məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə;

70.2.2. ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.33

70.2.3. ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.

70.2.4. az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə.

34

70.3. Aşağıdakı məhkumlar məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər:

70.3.1. cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər;

70.3.2. ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər;

70.3.3. tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslər.

70.3.4. ciddi rejimli cəzaçəkmə müəssisələrindən ümumi rejimli cəzaçəkmə müəssisələrinə keçirilmiş şəxslər.

70.4. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar:

70.4.1. məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə;

70.4.2. məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə;

70.4.3. ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər.

70.5. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir. Maddə 71.

Məhkumların cəzaçəkmə müəssisələrinə qəbul edilməsi qaydası

71.1. Məhkumlar cəzaçəkmə müəssisələrinə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun müdiriyyət tərəfindən qəbul edilirlər.

71.2. Cəzaçəkmə müəssisələrinə yeni qəbul edilmiş məhkumlar iki həftəyədək müddətə başqa məhkumlardan ayrı saxlanılırlar.

71.3. Məhkumların ayrı saxlandığı müddətdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən onların ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələri, qanunla nəzərdə tutulmuş əmək və istirahət şəraiti izah olunmalı, cəzanın icrasını tənzimləyən qanunvericilik aktları və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə tanış olmaları üçün şərait yaradılmalıdır.

35

Maddə 72.

Məhkumların cəzaçəkmə müəssisələrində ayrılıqda saxlanması

72.1. Cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, kişilər qadınlardan ayrılıqda saxlanılırlar.

72.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya ilk dəfə məhkum olunmuş şəxslər əvvəllər məhkum olunmuş şəxslərdən ayrılıqda saxlanılırlar. Cinayətlərin xüsusi təhlükəli residivinə görə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər başqa məhkumlardan təcrid olunmaqla ayrılıqda saxlanılırlar.

72.3. Məhkəmə və hüquq mühafizə orqanlarının sabiq işçiləri xüsusi cəzaçəkmə müəssisəsində saxlanılırlar. Həmin müəssisəyə bu Məcəllənin 12.3-cü maddəsinə uyğun olaraq başqa məhkumlar da göndərilə bilərlər.

72.4. Məhkumların ayrılıqda saxlanmasının bu Məcəllənin 72.2-ci maddəsində müəyyən edilmiş tələbləri azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsinə, həmçinin nəzdində uşaq evi olan cəzaçəkmə müəssisəsinə aid edilmir. Qeyd edilən müəssisələrə göndərilmiş şəxslər məhkəmənin təyin etdiyi və qanunla bu növ cəzaçəkmə müəssisəsi üçün müəyyən edilmiş şərtlərə uyğun saxlanılırlar.

72.5. Müxtəlif yoluxucu xəstəliklərə tutulmuş məhkumlar bir-birindən və sağlam məhkumlardan ayrılıqda saxlanılırlar.

72.6. Cəzasını müxtəlif rejimdə çəkən məhkumlar bir cəzaçəkmə müəssisəsində, lakin ayrılıqda və bir-birindən təcrid edilməklə saxlanıla bilərlər. Maddə 73.

Məhkumun cəzanı bir cəzaçəkmə müəssisəsində çəkməsi

73.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər.

73.2. Məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

X fəsil


:

mecelleler -> doc
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan respublikasinin
doc -> Ticarət gəMİÇİLİYİ MƏCƏLLƏSİ
doc -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
doc -> Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikası Prezidentinin Fərmanı
doc -> Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ
doc -> Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iii-la-fonction-de-lcrit-.html

iii-les-cloches---notre.html

iii-mariage-de-phbus--.html

iii-medicinskij-fakultet--2.html

iii-mif-ne-est-nauchnoe-i.html