©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III.  fad - Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar


 



III.  fad

ə

 olunma üsuluna gör

ə idarəetmənin hüquqi formaları aşağıdakı növlərə 

bölünürlər: 

  sözlə deyilən (yazılı və şifahi); 



  konklyudent (işarə ilə). 

darəetmə  fəaliyyətinin  hüquqi  formalarının  bu  və  ya  digər  ifadə  olunma  üsulunun 

seçilməsi onun hüquqi xüsusiyyətlərinə əsasən edilir. 

Hüquqyaratma  fəaliyyətinin  yeganə  münasib  ifadə  üsulu  kimi  sözlə  (şifahi)  və  ya 

yazılı  üsulunun  adını  çəkmək  lazımdır.  Dövlət  idarəetmə  subyektlərinin  hüquqyaratma 

fəaliyyətinin nəticəsi – rəsmi sənəd olan normativ-hüquqi aktdır. 

Normativ  akt  yalnız  özünün  ″rəsmi  yazılı  sənəd″  təsvirində  hüquq  normalarının 

daşıyıcısı olan, hüquqi forması kimi baxıla bilər. 

Hüquqtətbiqetmə fəaliyyəti yazılı, şifahi və konklyudent üsullarla ifadə olunur. 

darəetmənin  hüquqtətbiqetmə  fəaliyyətinin  nəticəsinin  ən  geniş  yayılmış  ifadə 

olunma  üsulu  –  fərdi  yazılı  akt  –  sənəddir.  O,  əhəmiyyətli  məsələlərin  (işlərin)  həllində 

hüquqtətbiqetmənin təsbit edilməsində, o cümlədən onun sabitliyi və dəqiqliyi üçün istifadə 

edilir. 


Ş

ifahi üsul da geniş istifadə olunur (şifahi əmrlər, göstərişlər, sərəncamlar). Bu üsül, 

ə

sasən, operativ xarakterli məsələlərin həlli zamanı tətbiq edilir. 



Hüquqtətbiqetmə fəaliyyəti (idarəetmə subyektinin qərarı), həmçinin müəyyən jestlər, 

siqnallar, hərəkətlər, işarələr və digər konklyudent hərəkətlər vasitəsi ilə ifadə oluna bilər. 



dar

ə

etm

ə

 f

ə

aliyy

ə

tinin qeyri-hüquqi formaları 

darəetmə fəaliyyətinin qeyri-hüquqi formalarına təşkilati və maddi-texniki hərəkətlər 

aiddir. darəetmə fəaliyyətinin hüquqi formaları kimi də qeyri-hüquqi formalar da idarəetmə 

subyektlərinin  səlahiyyətləri  ilə  bağlı  olub,  idarəetmənin  məqsəd  və  vəzifələrinə  uyğun 

gəlməlidirlər.  darəetmə fəaliyyətinin qeyri-hüquqi formalarının xüsusiyyəti ondan ibarətdir 

ki, onlar bilavasitə hüquqi nəticə yaratmırlar. 

darəetmənin qeyri-hüquqi formalarına aşağıdakıları aid etmək olar: 

-

  təşkilati hərəkətlərin görülməsi; 



-

  maddi-texniki hərəkətlərin görülməsi. 



 



T

əş

kilati h

ə

r

ə

k

ə

tl

ə

r

 – iclasların, müzakirələrin, yoxlamaların aparılması, qabaqcıl 

təcrübənin  yayılması,  proqnozların  hazırlanması,  mühasibat  və  statistik  qeydiyyatın 

aparılması,  sərgilərin  təşkili,  mətbuat  konfranslarının  keçirilməsi,  əmək  kollektivlərinin  və 

ictimai birliklərin nümayəndələri ilə görüşlərin keçirilməsi formasında ifadə oluna bilər. 

Təşkilati tədbirlər konkret inzibati-hüquqi münasibətlərin yaranması və ləğv edilməsi 

ilə bilavasitə bağlı deyillər. Onlar gündəlik idarəetmə fəaliyyətində həyata keçirilirlər. 



 



Maddi-texniki h

ə

r

ə

k

ə

tl

ə

r

 köməkçi əhəmiyyətə malikdir, lakin onların köməkliyi 

ilə dövlət idarəetməsinin bütün formalarının həyata keçirilməsi maddi cəhətdən təmin edilir. 

Məsələn: arayışların, hesabatların tərtib edilməsi, kargüzarlığın aparılması, sənədlərin tərtib 

edilməsi,  faktların  qeydiyyatı,  material  və  sənədlərin  çoxaldılması  və  s.  maddi-texniki 

hərəkətlərə aid etmək olar. 

 

132 


 

Maddi-texniki  hərəkətlər  idarəetmə  subyektlərinin  işinin  dəqiqliyinin  və 

effektivliyinin  (səmərəliliyinin)  təmin  edilməsinə  xidmət  edir.  Onlar  idarəetmə  prosesini 

yüngülləşdirir,  idarəçilik  əməyi  mədəniyyətini  və  səmərəliliyini  artırırlar.  darəetmə 

prosesləri mürəkkəbləşdikcə maddi-texniki hərəkətlərin əhəmiyyəti və həcmi də artır. 

Maddi-texniki  hərəkətlərə  polis  işçilərinin,  inzibati  həbs  haqqında  qərarın  icrası, 

sərxoş  halda  olan  şəxslərin  polis  orqanlarına  gətirilməsi  və  inzibati  tənbeh  haqqında 

qərarların icrası kimi hərəkətləri də aiddir.  darəetmənin hüquqi və qeyri-hüquqi formalarının 

təhlilini  başa  çatdıraraq  qeyd  etmək  lazımdır ki,  idarəetmə  formalarının  növlərə  bölünməsi 

şə

rtidir, çünki onlar bir-biri ilə sıx bağlıdır, bir-birinə qarışırlar və biri digərini tamamlayır. 



Lakin onları fərqləndirmək lazımdır. Çünki onlar müxtəlif hüquqi əhəmiyyətə malikdirlər. 

Onu da qeyd etmək lazımdır ki, idarəetmə fəaliyyətinin səmərəliliyi həmin formaların 

bacarıqla  uzlaşdırılmasından  asılıdır.  Birtərəfli  qaydada  hüquqi  aktların  qəbuluna 

aludəçiliyin  göstərilməsi  onların  təşkilati  və  maddi-texniki  hərəkətlərlə  təmin  edilməməsi 

hallarında  müvafiq  icra  hakimiyyəti  orqanını  ″qanunvericilik  orqanı″  formasına  gətirib 

çıxara bilər. 

Təşkilati  hərəkətlərə  isə  üstünlük  verən  və  hüquqi  vasitələrin  əhəmiyyətini  dərk 

etməyən  rəhbərlər  onların  qarşısında  duran  məsələləri  həll  edə  və  istənilən  nəticəni  ala 

bilməzlər.Məlumdur  ki,  ədalət  mühakiməsi  daim  özünün  əsas  əlaməti  olan  prosessual 

formada həyata keçirilməlidir.  darəetmə və icra hakimiyyəti isə prosessual formada ola və 

olmaya  da  bilər.  Buna  müvafiq  olaraq  idarəetmənin  prosessual  və  qeyri-prosessual 

formalarını bir-birindən fərqləndirmək lazımdır. 

Hüquqi  prosesi  prosessual  normalarla  tənzimlənən  və  konkret  hüquqi  işlərin  həllinə 

yönəlmiş səlahiyyətli subyektlərin hakimiyyət fəaliyyəti kimi başa düşmək olar. Bu anlayışı 

açıqlayaraq, prosesin əsas əlamətlərini göstərmək olar: 

Birinci,  burada  hakimiyyət  səlahiyyətləri  həyata  keçirilir.  Burada  müvafiq 

münasibətlərdə  vətəndaşlar  və  təşkilatlar  iştirak  edir,  lakin  aparıcı  rol  hakimiyyət 

daşıyıcısına  məxsusdur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  prosesin  gedişində  hakimiyyət 

səlahiyyətləri ″idarədən kənar″ işlərin həlli üçün istifadə edilir. 

kinci, prosessual fəaliyyətin nəticəsində hüquqi işlər həll edilir (normativ aktın qəbul 

edilməsi, sanksiyaların tətbiqi və s.). Buna görə də o, müxtəlif sənədlərlə rəsmiləşdirilir. 

Üçüncü,  prosesin  iştirakçılarının  hüquq  və  vəzifələri,  hərəkətlərin  ardıcıllığı  və 

müddəti,  sənədlərin  tərtib  edilmə  qaydaları,  qərarın  qəbulu,  ondan  şikayət  vermə  və  icrası 

qaydası prosessual normalarla tənzimlənir. 

kinci suala yekun olaraq bir daha qeyd etmək istərdim ki: 

1. Dövlət idarəetmə orqanlarının fəaliyyəti aşağıdakı formalarda özünü biruzə verir: 

  hüquqi forma; 



  qeyri-hüquqi forma. 

2.  darəetmənin  hüquqi  forması aşağıdakı növlərə bölünür: 

  hüquq yaratma (hüquq müəyyən etmə) fəaliyyəti; 



  hüquq tətbiqetmə fəaliyyəti; 

  hüquqi əhəmiyyət kəsb edən digər hərəkətlərin həyata keçirilməsi. 



3.  darəetmənin qeyri-hüquqi formalarına aşağıdakıları aid etmək olar: 

-

  təşkilati hərəkətlərin görülməsi; 



-

  maddi-texniki hərəkətlərin görülməsi. 



 



 

133 


 

Sual 3.  



nzibati-hüquqi müqavil

ə

 

Mülki  hüquq  müqavilələrin  iştirakçıları  bərabər  hüquqlu  subyektlər  olduğu  halda 

idarəetmə  münasibətlərində  isə  ilk  növbədə  subyektlər  hakimiyyət  və  tabeçilik 

münasibətlərində  olurlar.  Hüquqi  əlaqələrin  prinsipcə  müxtəlif  olan  bu  növləri  arasında 

qarışıq tipli münasibətlər özünə yer tapır. Bu hüquq münasibətlərində hakimiyyət və hüquq 

bərabərliyi bu və ya digər nisbətdə uzlaşır. Məsələn, sərnişinlərin daşınması haqqında mülki-

hüquqi müqavilə nəqliyyatda biletsiz getməyə görə bir tərəfin inzibati cərimənin tətbiq etmə 

hüququ ilə bağlıdır (Azər. Res.  XM,  m. 149). 

           nzibati  müqavilə  əqd  növü  olub,  burada  tərəflərin  hüquq  bərabərliyi  razılaşan 

tərəflərin birinin və yaxud hər ikisinin hakimiyyət səlahiyyətləri ilə bağlıdır. 

Dövlət  hakimiyyəti  orqanları  öz  fəaliyyətində  bir  tərəfli  hərəkətləri  ilə  yanaşı, 

tərəflərin  razılığına  əsaslanan  iki  tərəfli  aktlardan  da  istifadə  edir.  Bunlara  isə  inzibati 

müqavilələr də aiddirlər. 

Ə

qdlərin  növ  müxtəlifliyini  nəzərə  alaraq,  inzibati-hüquqi  müqavilələr  ictimai 



maraqları təmin edən idarəetmə münasibətlərin fərdi nizamasalma vasitələridir. Lakin, hüquq 

normalarından fərqli olaraq, inzibati müqavilələrlə müəyyən edilən qaydalar, yalnız onların 

tərəfləri üçün mütləqdir bəzi hallarda isə onlara tabe olan təşkilatlar üçün mütləqdir. 

nzibati və mülki müqavilələr arasında xeyli fərqlər vardır. Bunlar aşağıdakılardır: 

  inzibati  müqavilələr  bir  qayda  olaraq  ″təşkilati″  məzmuna  malikdir,  onların 

məqsədi ictimai əhəmiyyətli nəticələrə nail olmaqdır; 

  inzibati  müqavilə  həmişə  müvafiq  məsələlərin  həllində  müəyyən  müs-təqilliyə 

malik  olan  subyektlərin  fəaliyyətinin  hüquqi  forması  kimi  çıxış  edir.  Hətta,  onlar 

hakimiyyət-tabeçilik″ münasibətlərində olmasalar da, tərəflərin hüquq və vəzifələri bərabər 



deyil,  çünki  söhbət  əmlak  səlahiyyətlərindən  yox,  idarəetmə  səlahiyyətlərindən  gedir. 

Müqavilənin  tərəflərindən  biri  inzibati  hakimiyyətin  subyektləridir  və  müqavilə  inzibati 

hüququn subyektləri arasında bağlanılır; 

  Azərbaycan  Respublikasında  inzibati  müqavilə  məhkəmə  müdafiəsi  ilə    təmin 

edilmir  və  tərəflərdən  biri  və  ya  hər  ikisinin  öz  üzərlərinə  götürdükləri  vəzifələrin  yerinə 

yetirilməməsi əmlak sanksiyalarının tətbiqinə səbəb olmur; 

  inzibati  müqavilə  inzibati  orqan  tərəfindən  öz  vəzifələrinin  həyata  keçirilməsi 

vasitəsi kimi çıxış edir; 

  inzibati    müqavilələrin  normativ  bazasını  mülki  hüquq  normaları  yox,  inzibati 

hüquq normaları təşkil edirlər.  

 

Mövcüd  olan  inzibati  hüquq  normaları  müqavilələrin  konkret  növlərinin  məqsədli 



istiqamət  daşıması  tələbini  özündə  cəmləşdirir,  onların  iştirakçılarının  tərkibinə,  əqdlərin 

formasına dair tələbləri müəyyənləşdirir. 

Məzmununa görə inzibati hüquqi müqavilələrin aşağıdakı növləri vardır: 

 

a)  səlahiyyətlər  haqqında  olan  müqavilələr  (yəni  səlahiyyətlərin  məhdudlaşdırılması, 



səlahiyyətlərin verilməsi və s.); 

 

b)  müştərək  (birgə)  fəaliyyət  haqqında  olan  müqavilələr  (normayaradıcılığı, 



hüquqtətbiqetmə, xidmət etmək haqqında və s.); 

 

c) dövlət sifarişlərinin yerinə yetirilməsi haqqında olan müqavilələr və s. 



            nzibati-hüquqi müqavilələr aşağıdakı subyektlər arasında bağlana bilər: 

  icra hakimiyyətinin subyektləri arasında; 



 

134 


 

  icra hakimiyyəti subyektləri və digər dövlət və bələdiyyə təşkilatları arasında; 



  icra hakimiyyəti subyektləri və qeyri-hökumət təşkilatları arasında; 

  icra hakimiyyəti subyektləri və vətəndaşlar arasında. 



           Subyektlərin  qarşılıqlı  münasibətlərindən  asılı  olaraq  2  tip  inzibati  müqavilələri 

ayırmaq lazımdır: 

  bir-birinə  qarşı  hakimiyyət  səlahiyyətlərinə  malik  olmayan  subyektlər  arasında 

bağlanan inzibati müqavilələr; 

  əks  tərəfə  qarşı  münasibətdə  hakimiyyət  səlahiyyətlərinə  malik  olan  subyektlər 

arasında bağlanan inzibati müqavilələr. 

Başqa  sözlə  şaquli  və  üfiqi  tipli  müqavilələr  haqqında  danışmaq  olar.  Şaquli 

müqavilələrə aşağdakılar daha xasdır: 

  hakimiyyət  səlahiyyətlərinə  malik  olan  tərəflərin  müəyyən  üstünlüyü  (məsələn, 



digər  tərəfi  təlimatlandırma  hüququ,  göstərişlərinin  yerinə  yetirilməsini  yoxlamaq  hüququ, 

müqavilənin şərtlərini dəyişmək hüququ, onu birtərəfli qaydada ləğv etmək hüququ); 

  digər tərəfin ″maliyyə müvazinətinə″ olan hüququ. Əgər ″maliyyə bərabərliyi″nin 



pozulması  hakimiyyət  subyektinin  təqsiri  hesab  edilə  bilməyən  şəraitin  nəticəsində 

yaranmışdırsa  (vergi  qanunvericiliyinin  dəyişməsi  və  s.),  onda  ″maliyyə  bərabərliyi″nin 

bərpa edilməsi vəzifəsi hakimiyyət səlahiyyətli subyektinə həvalə edilmir. 

Müqavilənin  3  əsas  şərti:  müstəqilliyi,  dəyişməzliyi  və  tərəflərin  bərabərliyi  təmin 

edilməyən hallarda, inzibati-hüquqi münasibətləri yaradan, dəyişən və ləğv edən hüquqi fakt 

kimi inzibati müqavilələri istifadə etmək məsqədəuyğundurmu kimi sualı yaranır. Belə suala 

cavab müsbət olmalıdır. 

Ə

gər  müqavilə  ilə  şaquli,  yaxud  ierarxiya  əlaqəsi  yaranarsa,  onda  aşağıda  duran 



idarəetmənin  obyekti  müqavilə  münasibətlərinin  subyektinə  çevrilir.  Buna  görə  də,  o,  öz 

imkanlarını  təhlil  etməli,  öz  tələb  və  öhdəliklərini  anlamalı  və  onları  əsaslandırmağa 

çalışmalıdır. Onu dinləyəcəklər və onun rəyi müəyyən dərəcədə nəzərə alınacaq, bu da işin 

hallarını,  yaranmış  şəraiti,  əks  tərəfin  imkanlarını  lazımi  səviyyədə  öyrəndikdən  sonra 

idarəetmə qərarın qəbul edilməsinə şərait yaratmış olur. 

Aidiyyəti olan subyekt isə qəbul edilən qərarların məqsədəuyğunluğunu daha yaxşı və 

düzgün  başa  düşəcək.  Başqa  sözlə  desək,  müqavilənin  hazırlama  prosesi  yuxarıda  duran 

tərəfə onun qarışacağı vəziyyəti daha da yaxşı təhlil et-məyə, aşağı tərəfə isə öz tələblərini 

ə

saslandırmağa  və  müqaviləyə  daxil  edilən  şərtləri  başa  düşmək  üçün  imkan  verir.  Və  bu 



müqavilələr  əsasında  yaranan  münasibətlər,  hakimiyyət  başlanğıcı  əsasında  yarananlara 

nisbətən  daha  de-mokratik  olur.  Bir  çox halda  müqavilə  vasitəsi ilə inzibati  akt  dəyişdirilə 

bilər. Müqavilənin pozulmasına görə nəinki ictimai,  həm də intizam, siyasi, bir sıra hallarda 

isə  maddi,  maliyyə  təsir  tədbirləri,  güzəştlərin  ləğv  edilməsi,  icazəli  (lisenziyalı) 

fəaliyyətinin dayandırılması kimi tədbirlərin tətbiq edilməsi mümkün olur. 

 



Ə

 T   C 

Ə

 

Bu günki mühazirənin sonunda qeyd etmək istərdim ki, biz icra hakimiyyətinin həyata 

keçirilməsinin əsas formalarını nəzərdən keçirdik. 

Sizin aldığınız biliklər sizə sonrakı fəaliyyətinizdə lazım olacaq, çünki Siz də gələcək 

hüquqşünas  kimi  icra  hakimiyyətinin  hansı  formalarda  həyata  keçirilməsinin  əsaslarını  və 

qaydalarını bilməlisiniz. 



 

135 


 

kinci tərəfdən hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələrin dairəsindən, 

məzmun  və  xüsusiyyətlərindən  asılı  olaraq,  həmin  vəzifələri  həyata  keçirən  zaman 

idarəetmənin  müxtəlif  növlü  inzibati-hüquqi  formalarından  istifadə  edilir.  Ona  görə  də 

qarşıda duran vəzifələrin həyata keçirilməsində istifadə olunan hər bir inzibati-hüquqi forma 

yalnız qanun çərçivəsində və qanuçuluğa riayət edilməklə həyata keçirilməlidir. 

Qanunun  bu  tələblərinə  riayət  edilməsi  üçün  də  bizim  bu  günki  mühazirəmizdə  əldə 

etdiyimiz  biliklər sizin gələcək  fəaliyyətinizdə həm  nəzəri, həm  də  təcrübi cəhətdən böyük 

ə

həmiyyət kəsb edir. 



 

Mövzu 

 9: 

″″″″ 

cra hakimiyy

ə

tinin realiz

ə

sinin inzibati-hüquqi metodları

″″″″

 

 

P L A N : 

 

G R 

Ş

 

1.

  cra  hakimiyyətinin  realizəsinin  inzibati-hüquqi  metodlarının  anlayışı,  mahiyyəti  və 



onların növləri. 

2.

  nzibati məcburetmə. 



3.

  Xüsusi inzibati-hüquqi rejimlərin anlayışı, mahiyyəti və növləri. 



N

Ə

T C

Ə

 



 

Ə

 D 

Ə

 B   Y Y A T : 

 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995. 



2.

  ″Fövqəladə  vəziyyət  haqqında″  Azərbaycan  Respublikasının  Qanunu,  04.02.92-cü  il 

(sonrakı əlavə və dəyişikliklərlə). 

3.

  ″Hərbi vəziyyət haqqında″ 06.01.94-cü il tarixli Azərbaycan Respublikasının Qanunu. 



4.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 

haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il. 

5.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



6.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

7.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 



2007.      

8.

  ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  



9.

  E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

10.

  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 



 

G   R   

Ş

 

 

Bu  mühazirədə  icra  hakimiyyəti  öz  məqsədinə  çatmaq  üçün  özünün  fəaliyyətində 



istifadə  edilən  icra  hakimiyyətinin  realizəsinin  inzibati-hüquqi  metodlarını  nəzərdən 

keçirəcəyik.  nandırma və  məcburetmə  yolu ilə həyata keçirilən inzibati-hüquqi  metodların 

məqsədini, əsaslarını və tətbiqi qaydalarını, həmçinin, inandırma və məcburetmənin anlayışı 

və növlərini, onların həyata keçirilməsi forma və metodlarını araşdıracağıq. 

Bu  günkü  mühazirəmizin  mövzusunun  mahiyyəti  bir  də  ondan  ibarətdir  ki,  onun 

planını  təşkil  edən  sualların  açıqlanması  vasitəsilə  Azərbaycan  Respublikasının 



 

136 


 

Konstitusiyasının  111  və  112-ci  maddələrinə  əsasən  hərbi  və  fövqəladə  vəziyyətlərdə  icra 

hakimiyyətinin  həyata  keçirilməsi  zamanı  istifadə  olunan  metodların  seçilməsi  və  onların 

tətbiq edilməsi qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilmiş olar. 

Digər  tərəfdən  isə  belə  vəziyyətlərdə  icra  hakimiyyətinin  həyata  keçirilməsi  zamanı 

imstifadə  olunan  idarəetmənin  ikinci  əsas  metodu  olan  məcburetmə  metodundan  istifadə 

edrəkən qanunun aliliyinə ciddi riayət etmək qanunçuluğun əsas tələblərindən biridir. 

Gələcəkdə  hüquq  mühafizə  orqanlarının  əməkdaşları  kimi  bilməlisiniz  ki, 

Azərbaycanda  qəbul  edilən  qanunlar  və  qanun  qüvvəli  aktlar  Azərbaycan  Respublikası 

vətəndaşların  nəzərinə  çatdırılır  və  onların  yerinə  yetirilməsi  və  riayət  olunması  inandırma 

metodları  ilə  həyata  keçirilir.  Onlar  yerinə  yetirilmədikdə  və  ya  pozulduqda,  dövlətin 

məcburetmə  qüvvəsi  ilə  təmin  edilirlər,  həmçinin  qeyd  etmək  lazımdır  ki,  idarəçiliyin 

inzibati-hüquqi  metodlarının  tətbiqi  Azərbaycan  Respublikasının  qüvvədə  olan 

qanunvericiliyinə  dəqiq  və  dürüst  riayət  olunmasına  əsaslanır.  Onların  tətbiq  edilməsi 

həmçinin,  Azərbaycan  Respublikası  Prezidentinin  22  fevral  1998-ci  il  tarixli  ″ nsan  və 

vətəndaşın  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  üzrə  tədbirlər  haqqında″  Fərmanından 

irəli gələn tələblərə də əsaslanmalıdır. Çünki, onların tətbiqi şəxslərə qarşı mənəvi, maddi və 

ya  fiziki  tədbirlərin  tətbiqi  ilə  bağlıdır.  Lakin,  onların  tətbiqi  vətəndaşlar  tərəfindən 

qanunçuluğun  tələblərinin  yerinə  yetirməməsi  ilə  bağlıdır  və  Azərbaycan  Respublikasının 

Konstitusiyasının  12-ci  maddəsində  göstərilən  dövlətin  ali  məqsədinə  çatmasına 

yönəldilmişdir. Dövlətin ali məqsədi ″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin 

edilməsi – dövlətin ali məqsədidir″. 



Sual  1.  

″″″″ 

cra  hakimiyy

ə

tinin  realiz

ə

sinin  inzibati-hüquqi  metodlarının  anlayı

ş

ı, 



mahiyy

ə

ti v

ə

 onların növl

ə

ri

″″″″ 

 

Ümumi qəbul olunmuş mənada metod – nəyinsə həyata keçirilməsinin üsul və fəndləri 



başa  düşülür.  Dövlət  idarəetmə  fəaliyyətinə  uyğun  olaraq,  metod  –  dedikdə,  müəyyən 

olunmuş  hədlərdə    və  müvafiq  formada,  təhkim  edilmiş  səlahiyyətlər  əsasında  icra 

hakimiyyəti  orqanlarının  (vəzifəli  şəxslərin)  gündəlik  fəaliyyətində  icra  hakimiyyətinin 

vəzifə və  funksiyalarının həyata keçirilməsinin  praktiki üsul və  fəndləri başa düşülür.  Belə 

anlayışda  metod  –  icra  hakimiyyətinin  fəaliyyəti  haqqında,  idarəçilik  funksiyalarının  necə 

həyata  keçirilməsi  haqqında  və  bu  zaman  hansı  vasitələrdən  istifadə  olunması  haqqında 

lazımi  məlumatlar  almağa  imkan  verir.  Bu  kateqoriya  buna  əsasən  icra  hakimiyyətinin 

həyata  keçirilməsi  prosesinin  mahiyyətinin  xarakteristikasına  aid  edilir  və  onun  vacib 

elementlərindən biridir.  

            darəetmə metodu dövlət idarəetmə fəaliyyətinin funksiyalarını həyata keçirmə üsulu, 

icra  hakimiyyəti  orqanının  öz  məqsədinə  çatmaq  üçün  idarə  olunan  obyektlərə  təsiretmə 

vasitəsidir. 

stənilən  fəaliyyətin  metodları  müxtəlifdir.  Eyni  dərəcədə  bu  həm  də,  idarəetmə 

metodlarına  da  aiddir,  çünki,  öz  təyinatına  görə  həm  icra  hakimiyyəti  subyektləri,  həm  də 

onların  təsiri  altında  olan  obyektlər  müxtəlifdir.  Onların  hər  ikisi  özlərinin  təyinatı  və 

təşkilati-hüquqi statusuna münasibətdə öz xüsusiyyətlərinə malikdirlər. 

           darəetmə metodlarına əsasən aşağıdakılar xasdır: 

-

  onlar  vahid  dövlət  hakimiyyətinin  praktiki  həyata  keçirilməsinin  xüsusi  variantı 



kimi, bu növ dövlət fəaliyyətinin məqsədli təyinatı ilə bağlıdırlar; 

 

137 


 

-

  onlar icra hakimiyyəti subyektlərinin müvafiq obyektlərə idarəetmə təsirini ifadə 



edirlər; 

-

  onlar  icra  hakimiyyətinin  həyata  keçirilməsinin  bilavasitə  praktiki  forması  kimi 



dövlət idarəetməsinin subyekt və obyektləri arasındakı əlaqələrdə ifadə olunurlar; 

-

  onlar  icra  hakimiyyəti  subyektləri  tərəfindən  səlahiyyətlərinin  həyata  keçirilməsi 



vasitəsi kimi istifadə olunurlar; 

-

  idarəetmə  metodu  daimi  müvafiq  ünvançıya,  yəni  obyektə  malikdir  (fərdi  və  ya 



kollektiv); 

-

  idarəetmə  metodu  daimi  dövləti  səlahiyyətlərin  və  hüquqi  hakimiyyət  xarakterli 



icra səlahiyyətlərini bilavasitə ifadə edir; 

-

  idarəetmə metodlarına ifadə olunmasının hüquqi forması xasdır; 



-

  idarəetmə  təsirin  konkret  metodlarının  seçilməsi  nəinki  icra  hakimiyyəti 

subyektlərinin təşkilati-hüquqi statusunun xüsusiyyətlərindən, həm də idarəetmə obyektinin 

xüsusiyyətlərindən asılıdır (məsələn: mülkiyyət forması və s.). 

Beləliklə,  özünün  əsas  göstəriciləri  üzrə,  idarəetmə  metodu  məqsədyönlü  idarəetmə 

(təsiretmə) vasitəsidir. Onun dərk olunmasına belə yanaşma, onu idarəetmə xarakterli ictimai 

münasibətlərinin hüquqi nizamlanma metodu ilə yaxınlaşdırır. Onların hər ikisi nizamlayıcı 

vasitələrdir,  yəni  inzibati-hüquqi  sərəncamların,  qadağanların  və  icazələrin  ″daşıyıcısı″ 

rolunda ifadə olunurlar. Lakin, ″vurğular″ bu zaman müxtəlif olur: çünki, söhbət ya prinsipcə 

hüququn  bütün  sahələri  üçün  eyni  olan  hüquqi  nizamasalma  metodlarından  gedir,  ya  da 

konkret icra orqanları tərəfindən onların qarşısında duran gündəlik vəzifələri həll etmək üçün 

istifadə edilən idarəetmə üsulların məcmusundan gedir. 

Hüquqi  nizamasalma  metodları  bu  orqanlar  da  daxil  olmaqla,  nizamasalınan  ictimai 

münasibətlərin bütün iştirakçılarına aid edilir. 

darəetmə metodları isə yalnız icra hakimiyyəti orqanları tərəfindən istifadə edilirlər.  

Lakin,  bu  da  onların  eyniləşdirilməsinə  gətirir.  Özünün  hüquqi  ifadə  olunma 

formasına görə idarəetmə metodu hüquqi nizamasalma metodu ilə eyni də ola bilər. Bunun 

üçün  o,  mütləq  normativ-hüquqi  formada  tərtib  olunmalı  və  ifadə  olunmalıdır,  belə  ki, 

hüquqi nizamasalma daimi normativ xarakter daşıyır. 

Dövlət 


idarəetmə 

fəaliyyətinin 

metodlarının 

inzibati-hüquqi 

nizamasalma 

metodlarından  seçilməsi  mütləqdir.  Qeyd  etmək  lazımdır  ki,  inzibati-hüquqi  nizamasalma 

metodu – inzibati hüququn funksiyasıdır, idarəetmə metodu isə inzibati hüququn subyektinin 

funksiyasıdır,  bütün  subyektlərin  yox,  yalnız  icra  hakimiyyətinin  (dövlət  idarəetməsinin) 

subyektlərinin. 

darəetmə  metodu  icra  hakimiyyəti  orqanı  tərəfindən  müvafiq  obyektə  bilavasitə 

idarəetmə təsir vasitəsi olub, o, özündə müxtəlif hüquqi hakimiyyət səlahiyyətləri daşıyır. 

cra  hakimiyyətinin  orqanları  (vəzifəli  şəxsləri)  fəaliyyətlərində  müxtəlif  vasitələr 

məcmusundan  istifadə  edirlər.  Bu  vasitələr  də,  öz  növbəsində  idarəetmə  təsirinin  həyata 

keçirilməsinə  xidmət  edir.  Lakin,  bu  vasitələrin  heç  də  hamısında  idarəetmə  təsiri  öz 

ifadəsini tapmır. Bununla belə, onlar  idarəetmə metodları kimi təsnifləşdirilirlər. 

darəetmə orqanlarının işində istifadə olunan və idarəetmə təsirini özündə daşımayan 

vasitələrin  əhəmiyyəti  sözsüzdür.  Onlar  idarəetmə  ilə  bağlı  olmayan  vəzifələrin  yerinə 

yetirilməsi ilə əlaqədar istifadə edilirlər. Burada müxtəlif metodlar istifadə olunur – sosioloji, 

riyazi,  qrafiki  və  s.  Bu  metodlar  qərar  qəbul  edilənə  qədər,  onun  daha  effektiv  variantının 

seçilməsi  üçün,  istifadə  edilir.  Bunlarda  idarəetmə  təsiri  hələ  yoxdur,  o,  öz  əksini  gələcək 



 

138 


 

idarəetmə  qərarında  tapacaq.  Eyni  ilə  bu  formada  idarəetmə  xarakterli  digər  hərəkətləri  də 

xarakterizə  etmək  olar.  Məsələn,  idarəetmə  qərarlarını  qəbul  etmə  üsulları  (kollegial, 

təkbaşına, razılaşma əsasında, birgə və s.) 

darəetmə  orqanların  aparatında,  onların  struktur  bölmələri  və  ayrı-ayrı  vəzifəli 

şə

xsləri  arasında  səlahiyyətlərin  və  məsuliyyətlərin  bölüşdürülməsi  də  baş  verir.  Burada 



idarəetmə  işinin  üsul  və  fəndləri  üzə  çıxır.  Lakin,  onları  idarəetmə  metodları  kimi  qəbul 

etmək  üçün  əsas  yoxdur,  çünki  onların  hamısı  bilavasitə  idarəetmə  təsirini  ifadə  etmirlər. 

Eyni zamanda, burada idarəetmənin obyektləri və subyektləri arasında münasibətlər yoxdur, 

çünki, həmin hərəkətlər müvafiq icra hakimiyyəti orqanın aparatı çərçivəsində istifadə edilir. 

Ə

gər  bunlarda idarəetmə  təsiri  yoxdursa,  deməli,  idarəetmə  metodları  da  yoxdur.  Elə  buna 



görə də riyazi, qrafiki, sosioloji, təhqiqat, tərbiyəvi metodlarını müstəqil idarəetmə metodları 

kimi  adlandırmaq  olmaz.  Bu  növ  hərəkətlər  öz  xarici  ifadəsini  bir  qayda  olaraq  dövlət 

idarəetməsinin  qeyri-hüquqi  formalarında  tapan  və  xarici  hüquqi  nəticələr  yaratmayan 

(idarəetmənin obyektinə təsir göstərməyən) təşkilati tədbirlərə aid etmək olar. 

          Beləliklə, aşağıdakıları ayırmaq lazımdır: 

a) idarəetmənin təsiretmə  metodları daimi xarici hüquqi-hakimiyyət əhəmiyyətinə və 

iradəsinə malikdirlər, onlar idarəetmə metodlarıdırlar; 

b)  idarəetmə  aparatının  işinin  təşkili  metodları:  onlar  yalnız  aparatdaxili  əhəmiyyət 

daşıyırlar; 

c) ayrı-ayrı idarəetmə hərəkətlərinin həyata keçirmə metodları bu prosedur xarakterli 

metodlardır. 

Bunlardan  birinciləri  –  inzibati-hüquqi  metodlardır  və  bunlarda  dövlət  idarəetmə 

fəaliyyətinə xas olan bütün əsas keyfiyyətlər öz əksini tapır.  cra hakimiyyətin subyektlərinin 

ixtiyarında olan bu növ metodların köməyi ilə obyektə edilən idarəetmə təsiri idarəetmənin 

inzibati-hüquqi formalarından istifadə etməklə həyata keçirilir. Bunlardan da inzibati-hüquqi 

formalar və inzibati-hüquqi metodlar arasında olan birbaşa əlaqə üzə çarpır. Bir qayda olaraq 

idarəetmənin bu və ya digər metodu öz əksini hüquqi aktlarda tapır. 

 

?


iiiobosnovanie-variantov.html

iiiqd---azrbaycan-5.html

iiiqd-nmrli-azrbaycan-2.html

iiiqdnmrliazrbaycanrespub-10.html

iiiqdnmrliazrbaycanrespub-15.html