1 ... 81 82 83 84 85 86 87 88 ... 112

III  FƏSİL - Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL

səhifə85/112
tarix08.07.2018
ölçüsü3.56 Kb.

205

III  FƏSİL


Quba qəzasının kəndlərinin talan edilməsi


haqqında sənədlər 


1-ci hissə


Quba qəzası kənd sakinlərinin şahid 


ifadələri


Quba şəhərinin talan edilməsi haqqında sənədlər
1-ci hissə. Quba şəhərinin sakinlərinin şahid ifadələri və ərizələri

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
206

Sənəd № 96


Dindirmə protokolu


1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid 
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şaban  Sərkər  oğlu,  40  yaşlı,  Quba  qəzası  Dəvəçi  kəndinin 


starşinası, savadsız.


Mən  Quba  qəzasının  Dəvəçi  kəndinin  starşinasıyam.  Bizim 
kəndimiz  dəmir  yolunun  kənarında  yerləşir.  Kənddə  talana  qədər 
200-ə yaxın ev və hər iki cinsdən min nəfərdən artıq əhali yaşayırdı. 
Bu  il  aprel  ayının  sonunda,  Bakı  şəhərindən  Qubaya  gedən  və  onu 
yandıran cəza dəstəsi dəmir yolu xətti boyu yerləşən bütün kəndləri 
talan edir və yandırırdı. Bizim kəndin də aqibəti belə oldu. Camaatın 
çoxu əvvəlcədən qaçıb getmişdi, amma bir çoxu macal tapa bilmədi. 
Onlar  kənddə  qətlə  yetirildi,  cəmi  40  nəfər  öldürülmüşdür,  onların 
arasında qadınlar yoxdur. Bu qətlə yetirilən adamlar ağ bayraq qaldır-
mışdı,  lakin  buna  əhəmiyyət  vermədilər  və  onları  öldürdülər.  Biz 
kəndə ay yarımdan sonra qayıtdıq. Kənd dağıdılmış və yandırılmışdı. 
Kənddə 50-yə yaxın ev, iki məscid, bütün bazar və bazarın içində bir 
məscid yandırılmışdı. Daşınan əmlak qarət edilmişdi. Evlərin yanında 
olan bir çox tikililər də yanmışdı. Həmçinin bazarın içində olan bir icti-
mai bina da yandırılmışdı. Biz bolşevikləri görməmişik, lakin görənlər 
deyir ki, onların demək olar ki, hamısı erməni idi, bir neçə nəfər rus 
var idi, lakin onlar nə evlərin yandırılmasında, nə də qətllərdə iştirak 
etməmişlər, onlar hətta erməniləri müsəlmanlara qarşı zorakılıqlardan 
çəkindirirdilər. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyasının üzvü: А.Novatski (imza) 

AR DA, f. 1061, s. 1, iş 97, v. 3



207

Sənəd № 97


Dindirmə protokolu 


1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq  şahid 
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şəmsəddin  Əfəndiyev,  Quba  qəzası  Dəvəçi  nahiyəsinin 


pristavı, 30 yaş. 


Mən  Quba  qəzası  Dəvəçi  nahiyəsinin  pristavıyam.  Bu  vəzifəyə 
Dəvəçinin ermənilər tərəfindən dağıdılmasından sonra təyin olmuşam. 
Mənə məlumdur ki, bir ilin yaz ayının sonunda Bakı şəhərindən Quba-
ya  erməni  Amazaspın  başçılığı  ilə  yalnız  ermənilərdən  ibarət  cəza 
dəstəsi gəlmişdi. Bu dəstə yol boyunca dəmir yoluna yaxın məsafədə 
yerləşən müsəlman kəndlərini talan edir və yandırırdı. Dəvəçi rayonun-
da ona yaxın kənd talan edilmiş və yandırılmış, xeyli sayda müsəlman 
öldürülmüşdür.  Dəstənin  başçısı  Amazaspdan  başqa  heç  kimin  adını 
çəkə  bilmərəm.  Mənim  sahəmdə  erməni  kəndi  Kilvar  yerləşir.  Bu 
kənd nə həmin hadisələrdən əvvəl, nə də sonra müsəlmanlar tərəfin-
dən  hücuma  məruz  qalmamışdır,  bu  kəndin  bir  nəfər  sakini  zərər 
çəkməmişdir, ermənilərdən müsəlmanlar tərəfindən bir kibrit çöpü də 
oğurlanmamışdır. Bundan əlavə sözüm yoxdur.
Oxundu. İmza. 
Komissiyanın üzvü: A.Novatski. 

AR DA, f. 1061, s. 1, iş 97, v. 4


Sənəd № 98


Dindirmə protokolu


1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Dadaş Musa oğlu, 38 yaşlı, Quba qəzası Dəvəçi nahiyəsinin 


Sədan cəmiyyətinin starşinası, savadlı.


Mən  dörd  kəndin:  Sədan,  Çarxana,  Dərəzarat  və  Sağlıcan 
kəndlərinin daxil olduğu Sədan cəmiyyətinin starşinasıyam. Cəmiyyətdə 
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
208
dəmir yolunun 4 verstliyində yerləşən 400 ev var idi. Amazaspın yalnız 
ermənilərdən  ibarət  olan  9  eşelon  dəstəsi  Quba  şəhərinin  üzərinə 
yeriyərkən, bizə hücum etdi və Sağlıcan kəndi istisna olmaqla, qalanlarını 
darmadağın etdi, bu kəndi isə yalnız qarət etdilər. Qalan üç kənd qarət 
edilmiş və yandırılmışdır, evlərin əksəriyyəti tamamilə yanmışdır. Sədan 
kəndinin, habelə Çarxana kəndinin məscidləri yandırılmışdır. Beş nəfər 
qətlə yetirilmişdir, onların arasında bir xəstə qadın – Şahnaz İbrahim 
Xəlil qızı süngü ilə öldürülmüşdü, xəstə olan qoca Qərib Malik oğlu da 
süngü ilə öldürülmüşdü. Talançıların hamısı erməni idi, lakin heç birini 
tanımıram. Dəymiş zərərlər haqqında qərar mənim tərəfimdən təqdim 
edilmişdir. Əlavə heç nə göstərə bilmərəm. 
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A. Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 97, v. 17


Sənəd № 99


Dindirmə protokolu


1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komissiya-
sının  üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nəcməddin İsmayıl oğlu, 39 yaşlı, Quba qəzası Dəvəçi nahiyə-


sinin Əlixanlı cəmiyyətinin starşinası, savadsız.


Mən dəmir yolundan 12 verstlik məsafədə yerləşən dörd kəndin: 
Əlixanlı, Eyni Bulaq, Quyu Bulaq və Qara kəndlərinin daxil olduğu Əlixanlı 
cəmiyyətinin starşinasıyam. Cəmiyyətdə 240 ev var idi. Bu il pasxadan
46
 
sonra yalnız ermənilərdən ibarət olan və Amazaspın başçılıq etdiyi cəza 
dəstəsi Qubaya gedərkən (sonradan onu yandırdı) bizim cəmiyyətə hü-
cum etdi və üç kəndi talana və yanğına məruz qoydu. Yalnız Qara kəndi 
salamat qaldı. Əlixanlı, Eyni Bulaq, Quyu Bulaq kəndlərində məscidləri 
də yandırdılar. Quran kitabları cırıq-cırıq edildi və yandırıldı, bir Quranın 
yalnız kiçik  bir hissəsi salamat qalıbdır. Cəmiyyət cırılmış Quranı təqdim 
edibdir.  Ermənilərdən  heç  kimi  tanımıram.  Bizdən  yalnız  iki  nəfər  – 
starşına  Mirzə  Məmməd  Dostəli  oğlu  və  həmkəndlimiz  Gül  Hüseyn 
Məhərrəm oğlu qətlə yetiriliblər. Onlar nümayəndə qismində kəndləri 
yandırılmamaq xahişi ilə ermənilərin yanına getmişlər, ermənilər onları 
öldürdülər. Biz hamımız əvvəlcədən qaçmışdıq, ona görə qurbanlarımız 

:

Turkologi -> 2016
Turkologi -> Azərbaycan milli elmlər akademiyasi
Turkologi -> Görkəmli alim işığlı ziyalı
2016 -> Mədəniyyət və turizm Mündəricat
2016 -> Microsoft Word Kamran Imanov Kitab Designed doc
2016 -> Microsoft Word 1 Xocali Yaqub m-son doc
2016 -> GeçMİŞİ, bugüNÜ ve geleceğİ
2016 -> Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N
2016 -> Mədəniyyət və turizm Mündəricat


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iirdirik-o-i---microsoft.html

iirmi-chn-drs---ikini-ild.html

iirmi-skkizini-drs--.html

iisaturasiyairsininqlvili.html

iishissya-11.html