©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III FƏSİL - Dərslik (üç hissədə) III hissə Kİtabxana iŞİ haqqinda təLİM


III FƏSİL 


 


KİTABXANA İŞİ TƏŞKİLİNİN  


ƏSAS PRİNSİPLƏRİ 


 


3.1. Prinsip haqqında ümumi anlayış 


 


Prinsip – («prisipium» latın sözüdür, hərfi mənası 
«əsas, ilk başlanğıc» deməkdir) kitabxana fəaliyyətinin 
təşkili, idarə olunması  və planlaşdırılmasının ilk ba-
şlanğıcı, əsas və başlıca ideyalarının məcmusudur. Prinsip 
bütün elm, sənəd sahələrində olduğu kimi kitabxana işində 

də əsas və həlledici amillərdən biridir və kitabxana işinin 
mahiyyətini  əsaslandırır, cəmiyyət və kitabxana işi 
problemlərini, cəmiyyətin inkişafında, cəmiyyət üzvlərinin 
təhsil və tərbiyəsində, mədəni və intellektual səviyyəsinin 
yüksəldilməsində onun rol və 
vəzifələrini 
müəyyənləşdirir. Prinsiplər həmçinin kitabxana işinin və 
kitabxana sistemlərinin məqsədini, məzmununu, metod-
larını, kadr tərkibini, quruluşunu, kitabxana fəaliyyətinin 
təşkili prosesini təyin edir. Kitabxana işi haqqında for-
malaşan  əsas və  həlledici prinsiplər kənardan 
gətirilmədiyi, bilavasitə kitabxana işinin məzmunundan, 
xarakterindən, inkişaf səviyyəsindən doğulduğu üçün 
böyük elmi-təcrübi əhəmiyyət kəsb edir. Kitabxana işində 
baş verən obyektiv qanunların və qanunauyğunluqların 
ümumiləşdirilməsi prosesində  əldə edilən nəticələrə 
söykənən prinsiplər kitabxana fəaliyyətinin təməl daşıdır. 
Prinsiplər sistemli xarakter daşıyır, qarşılıqlı əlaqədə, bir-
biri ilə qarşılıqlı münasibətdə fəaliyyət göstərir, kitabxana 
işinin təşkilinə və idarə olunmasına kompleks şəkildə təsir 
edir.  
Kitabxana işinin  əsas prinsipləri kitabxana işinin 
dövlət xarakterinin və bu sahədə dövlətin vəzifələrinin 
müəyyənləşdirilməsində, kitabxana işi istiqamətlərinin, 
konsepsiyalarının və proqramlarının hazırlanmasında bö-
yük  əhəmiyyətə malikdir. Həmçinin kitabxana işində 
ictimaiyyətin iştirakının rol və əhəmiyyətini, forma, metod 
və vəzifələrini tənzimləyir. 

Kitabxana işinin tarixinə ötəri nəzər saldıqda belə bir 
qanunauyğunluq aşkar edilir ki, qədim dünya kitabx-
analarından başlamış müasir kitabxanalara qədər, kiçik 
kitabxanalardan başlamış, müasir dünyanın nəhəng ki-
tabxanalarına qədər bütün kitabxanalar cəmiyyətlə bağlı 
olmuş, cəmiyyət kitabxanaların hamisi kimi çıxış etmiş, 
kitabxana bilavasitə onu yaradan cəmiyyətə, onun qarşıs-
ında duran vəzifələrə  və prinsiplərə xidmət etmişdir. 
Beləliklə, zaman keçdikcə, cəmiyyət dəyişdikcə kitabx-
anaların qarşısında duran vəzifələr də  dəyişmiş, yeni 
vəzifələr, yeni prinsiplər meydana gəlmişdir. Məhz buna 
görədir ki, cəmiyyətin ictimai həyatında baş verən 
dəyişikliklər kitabxana işində  də, kitabxana işinin  əsas 
prinsiplərində  də yeni şəraitə, yeni məqsəd və  vəzifələrə 
uyğun olaraq baş verirdi. Kitabxana işinin inkişafının 
müxtəlif mərhələlərində  cəmiyyətdə baş verən yeni 
şəraitlə  əlaqədar prinsiplər də  dəyişikliklərin baş verməsi 
və yeni prinsiplərin yaranması labüddür. Ancaq kitabxana 
işində 
və kitabxana işinin 
əsas prinsiplərində 
dəyişikliklərin baş verməsi qanunauyğunluqları,  əsasən 
dəyişməz qalan prinsipləri heç də inkar etmir. Məhz ki-
tabxana işində  dəyişməz qalan bu əsas prinsiplər kitabx-
ana işinə institut bütövlüyü verir. Kitabxana işinin  əsas 
mahiyyətindən doğulan tələbləri əks etdirən əsas prinsiplər 
heç zaman aradan çıxmır, dəyişməz qalır. Bu dəyişməz 
prinsiplər isə zamanın çətinliklərindən müvəffəqiyyətlə 
keçərək, bir cəmiyyətdən digərinə, bir nəsildən digərinə 
çatır. Belə prinsipləri ümumbəşəri prinsiplər adlandırmaq 

yerinə düşər. Müasir dövrümüzdə dünyanın bütün 
ölkələrində  qəbul edilən və  fəaliyyət göstərən kitabx-
anaların ümumaçıqlıq prinsipi buna misal ola bilər. 
Demək olar ki, müasir sivil dünya dövlətlərinin 
əksəriyyətində  fəaliyyət göstərən ümumbəşəri prinsiplər 
müstəqil Azərbaycan Respublikasında uğurla tətbiq 
edilməkdədir.  
Biz burada müasir kitabxanaşünaslıq tərəfindən 
müəyyənləşdirilmiş  əsas prinsiplərdən ikisi haqqında: ki-
tabxanaların ümumaçıq olması və kitabxana işi sahəsində 
dövlət siyasəti prinsipləri haqqında məlumat verməyi 
məqsədə uyğun hesab edirik.  

 



3.2. Kitabxanaların 


ümumaçıq olması prinsipi 


 


Respublikamızda kitabxana işi sahəsində dövlət 
siyasətinin əsas prinsiplərindən ən başlıcası kitabxanaların 
ümumaçıq olması prinsipidir. Kitabxanaların ümumaçıq 
olması prinsipi bəşəri prinsip olub, demək olar ki, dünya-
nın bütün sivil ölkələrində əsas prinsip kimi qəbul edilmiş, 
qlobal xarakter daşımağa başlamışdır. Kitabxanaların 
ümumaçıq olması ideyası  hələ  qədim zamanlardan mey-
dana gəlmiş, kitabxanaların iş  təcrübəsində  məhdud da 
olsa tətbiq edilmiş, zaman keçdikcə inkişaf edib 
təkmilləşmiş, xüsusilə XX əsr kitabxanalarının  əsas 
prinsipinə çevrilmişdir.  
Qədim dünya kitabxanaları yarandığı gündən ümu-
maçıqlıq prinsipinə can atmış, kitabxanalara müraciət 
edən oxuculara xidmət etməyə çalışmışlar. Misal olaraq 
göstərmək yerinə düşər ki, qədim dünyanın ən böyük ki-
tabxanası-təxminən on əsr bəşəriyyətə xidmət etmiş 
İsgəndəriyyə Kitabxanası bütün insanların üzünə açıq ol-
muşdur. 
Orta əsrlərdə qədim dünya kitabxanalarının qəbul et-
diyi bu prinsip qismən də olsa zəifləmiş, çox ölkələrdə heç 
də bütün əhaliyə deyil, bir qrup insanlara xidmət göstərən, 
oxucular arasında ayrı-seçkilik salan qapalı kitabxanalar 
meydana gəlmişdir. Orta əsr kitabxanalarının iş prinsipinə 
dini ideologiya mənfi təsir göstərirdi. Kitabxanaların işinə 
dini senzura daxil edilirdi. Kitabxanaların cəmiyyətdə 

mövqeyinin möhkəmlənməsində onların maarifçilik 
fəaliyyətinin artmasında Fransa inqilabının böyük təsiri 
oldu. Kitabxanaların mədəni rolunun artmasına, bütün 
əhali üçün ümumaçıq olmasına böyük təkan verdi. İnsan 
amili, ona hörmət ön plana çəkilməyə başladı.  
Azərbaycan kitabxanalarının çoxəsrlik tarixinə ötəri 
də olsa nəzər saldıqda məlum olur ki, ümumaçıqlıq prin-
sipi onların təcrübəsində qismən tətbiq edilmişdir. XVI 
əsrdə Təbriz şəhərində təşkil edilmiş dövlət kitabxanaları, 
təhsil müəssisələri kitabxanaları  və  şəxsi kitabxanalar bir 
qayda olaraq oxucuların üzünə açıq idi və oxuculara pul-
suz xidmət edirdilər. Məsələn, XVI əsrin dövlət kitabx-
anası hesab edilən Təbriz  şəhərində yaradılmış  Şah  İs-
mayıl Xətainin məşhur saray kitabxanası şahın göstərişi və 
icazəsi ilə bütün oxuculara xidmət edirdi. Öz kitabxanası ilə 
fəxr edən  şah diplomatik korpusun nümayəndələrinə  və 
xarici qonaqlara onu fəxrlə göstərirdi. 
XIX  əsrin axırlarında böyük dövlət xadimi, doktor 
Nəriman Nərimanov tərəfindən Bakı şəhərində yaradılmış 
ümumaçıq qiraətxana-kitabxana da belə kitabxanalardan 
olmuşdur. Xalqın mədəni inkişafına xidmət etməyi qarşıs-
ına məqsəd qoyan doktor Nərimanov qiraətxananın tim-
salında  əhalinin maariflənməsinə kömək göstərən bir 
mədəni müəssisə görürdü. O çalışırdı ki, kitabxananın 
oxucuları çoxalsın, kitabxana hamının üzünə açıq olsun.  
XIX  əsrin axırı-XX  əsrin  əvvəllərində Bakıda və 
Azərbaycanın qəza  şəhərlərində açılan qiraətxana və ki-
tabxanalar hansı  təşkilata mənsub olmasından asılı olma-

yaraq  (dövlət kitabxanaları, ayrı-ayrı  cəmiyyətlərin ki-
tabxanaları,  şəxsi adamların yaratdığı kitabxanalar və 
qiraətxanalar) ümumaçıq kitabxanalar və qiraətxanalar 
olmuşlar. XIX-XX əsrlərdə dünyanın inkişaf etmiş 
ölkələrində ümumi kitabxanalar meydana gəldi. Demok-
ratik xarakter daşıyan ümumi kitabxanaların 
əsasnamələrində ümumaçıqlıq, kitabxananın bütün oxucu-
larının üzünə açıq olması prinsipi özünə geniş yer tap-
mışdı. Qabaqcıl kapitalist ölkələrinin dövlət siyasəti ki-
tabxanaların ümumaçıq olması prinsipinə olduqca yaxın 
idi. Bu prinsip dövlətlərin mədəniyyət siyasətində  də 
özünə yer tapa bilmişdir.  
Rusiyada Oktyabr çevrilişindən sonra qurulan sovet 
hökuməti kitabxana işini xalq maarifinin tərkib 
hissələrindən biri elan etdi, xalq üçün yeni kitabxanalar 
yaradılmasına başladı, həmçinin kitabxanaların ümumaçıq 
olması ideyasını irəli sürdü. SSRİ  məkanında xidmət 
göstərən kitabxanalar ümumaçıq müəssisələr elan edildi 
və xalqın istifadəsinə verildi. Belə bir mütərəqqi prinsipin 
elan edilməsi və Sovet İttifaqının fəaliyyət göstərdiyi 70 
ildən artıq müddətdə yaşayıb işləməsi kitabxana işini daim 
təkmilləşdirmiş, xalqın  ən çox istifadə etdiyi, ən çox 
hörmət bəslədiyi bir müəssisəyə çevrilmişdi. Göstərilən 
illərdə Azərbaycanda da kitabxana şəbəkələrinin yaradıl-
masında, onların ölkənin  ərazisində planauyğun 
yerləşdirilməsində mühüm işlər görülmüş, kitabxanaların 
ümumaçıq olması prinsipi həyata keçirilmişdir. Respub-
likamızda  əhaliyə kitabxana xidməti  ərazi prinsipinə uy-

ğun olaraq təşkil edilmiş, kitabxana şəbəkəsi kəndlərdən 
başlamış şəhərlərə qədər yerləşdirilmişdir.  
Kitabxana  şəbəkələrinin  ərazi prinsipinə uyğun 
yerləşdirilməsi özünü doğrultmuş, respublikada əhaliyə 
kitabxana xidmətinin dünyanın qabaqcıl ölkələrinin ki-
tabxana xidməti səviyyəsinə yüksəldilməsinə şərait yarat-
mışdır. Artıq 1980-ci illərin axırı - 90-cı illərin  əvvəl-
lərində Azərbaycanda  əhalinin bütün təbəqələrinə xidmət 
edən təkmilləşmiş kitabxana sistemi fəaliyyət göstərirdi. 
Bu sistemə dövlət kitabxanaları, ayrı-ayrı nazirliklərin, 
idarə  və müəssisələrin, ictimai-siyasi təşkilatların kitabx-
ana  şəbəkəsi daxil idi. Kitabxana işi sahəsində  əhaliyə 
xidmət prosesinin vahid elmi əsasları formalaşmışdır. 
1990-cı ilin əvvəllərində respublikada 120 milyondan artıq 
kitab fondu olan 10.000-ə yaxın kitabxana fəaliyyət 
göstərirdi. Bu kitabxanalar 4 milyon oxucuya xidmət 
edirdi. Göstərilən rəqəmləri sovet dövründə respublikam-
ızda  əhaliyə kitabxana xidmətinin təşkili zamanı  tətbiq 
edilən kitabxanaların ümumaçıqlıq prinsipinin 
nailiyyətləri hesab etmək olar.  
Kitabxanaların ümumaçıq olması prinsipinin əsas 
amillərindən biri əhaliyə pulsuz xidmətin təşkilidir.  
Kitabxanalardan istifadə edilməsinin pulsuz olması 
kitabxanaların ümumaçıqlığının mühüm şərtlərindən 
biridir.  
Pulsuz kitabxana xidməti kitabxanaların fəaliyyət 
göstərdiyi  ərazilərdə bütün oxuculara kitabxanadan 
istifadə etmək imkanı verir. Məlum həqiqətdir ki, maddi 

imkanları az olan oxucuların sayı çoxdur. Əgər kitabxana 
xidməti pullu olsa, belə oxucular maddi imkanları ol-
madığından kitabxanalardan istifadə etməkdən məhrum 
ola bilərlər. Beləliklə  də kitabxanalar öz oxucularının 
böyük hissəsini itirər, ümumaçıqlıq prinsipini yerinə yetirə 
bilməzlər. Həmçinin kitabxana işinə pullu xidmətin tətbiq 
edilməsi kitabxana işinin demokratik əsaslar üzərində qu-
rulmasına və inkişafına mənfi təsir göstərər, sosial 
ədalətsizlik meydana çıxar. Xüsusilə pullu xidmət əhalinin 
sosial müdafiəyə böyük ehtiyacı olan təbəqələrinə, 
uşaqlara,  əlillərə, korlara, qocalara və digər fiziki qüsuru 
olan insanlara mənfi təsir göstərər, onların mədəni inkişaf-
ına mane olar. Məhz buna görədir ki, bütün demokratik 
dövlətlərdə  və azad cəmiyyətlərdə kitabxana xidmətinin 
pulsuz olması bütün əhalinin kitabxana xidməti ilə  əhatə 
edilməsi işi dövlətin və cəmiyyətin əsas humanist vəzifəsi 
hesab edilir.  
Müstəqillik  əldə etdikdən sonra Azərbaycan 
dövlətinin özünün ilk mədəni tədbirləri içərisində kitabx-
ana işi haqqında tədbirlər mühüm yer tuturdu. Respub-
likamızın Milli Məclisi ölkəmizin tarixində ilk dəfə olaraq 
1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Re-
spublikasının Qanununu qəbul etdi. Bu qanun ölkəmizdə 
kitabxana işinin inkişafı və demokratik prinsiplər əsasında 
qurulması üçün geniş imkanlar açdı. Qanunda kitabxana 
işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin 
vəzifələri müəyyənləşdirilmişdir.  

Qanunda göstərilir: “Kitabxana işi sahəsində dövlət 
siyasətinin əsas prinsipləri aşağıdakılardır: 
Kitabxanalarda mühafizə olunan mədəni 
sərvətlərdən və informasiya vasitələrindən istifadənin 
hamı üçün açıq olması; Milli sərvət olan kitabxanalara 
dövlət qayğısı, onların fondlarının toxunulmazlığı  və 
üstün maliyyətləşdirilməsi».
8
Bir-biri ilə  əlaqədar olan, bir-birini tamamlayan bu 
prinsiplər bilavasitə kitabxana xidmətinin ümumaçıq ol-
masını hüquqi cəhətdən əsaslandıran, milli sərvət olan ki-
tabxana fondlarından geniş xalq kütlələrinin pulsuz 
istifadəsini təmin edən prinsiplərdir. Bu prinsiplər öz de-
mokratizmi, humanizmi ilə qabaqcıl ölkələrin kitabxana 
xidməti prinsiplərindən ciddi surətdə  fərqlənir və 
beynəlxalq standartlara cavab verir.  
Kitabxanaların ümumaçıq olmasını  təmin edən 
amillərdən biri də onların əhaliyə yaxınlaşdırılmasıdır. Bu 
prinsip öz qədimliyi etibarilə başqa prinsiplərdən 
fərqlənir. Hələ qədim Yunanıstanda əhaliyə kitabxana  
                                                 
8
 Китабхана ишиня даир норматив сянядляр. - Б., 2001, 
с.6. 

xidmətini yaxşılaşdırmaq, onun ümumaçıq olmasını təmin 
etmək üçün kitabxanaların yaşayış  məhəllələrinə yaxın 
olan yerlərdə yerləşdirilməsini lazım bilirdilər. Sonrakı 
əsrlərdə bu prinsip daha da təkmilləşmiş,  əhaliyə kitabx-
ana xidmətinin  əsas amili kimi istifadə edilmişdir. SSRİ-
də sovet hakimiyyətinin ilk illərindən başlayaraq bu amilə 
ciddi diqqət yetirilirdi və kitabxana şəbəkələrinin qaydaya 
salınmasında əsas amil kimi formalaşmağa başlamışdı.  
Kitabxanaların  əhaliyə daha da yaxınlaşdırılmasını 
təmin edən  şərtlərdən biri kitabxana şəbəkələrinin  ərazi 
prinsipi  əsasında təşkilidir.  Ərazi prinsipinin təşkili 
tələblərinə düzgun əməl edilsə, kiçik yaşayış 
məntəqələrindən başlamış böyük yaşayış  məntəqələrinə 
qədər bütün ərazini əhatə etmək mümkündür.  
Respublikamızda sovet hakimiyyəti illərində kütləvi 
kitabxana  şəbəkələri  ərazi prinsipi üzrə bu qaydada 
yerləşdirilmişdir: hər bir ailəyə kitabxana xidmətini təşkil 
etmək üçün kənd kitabxanaları, rayon mərkəzi kitabx-
anaları, rayon uşaq kitabxanaları, qəsəbə kitabxanaları, 
şəhər statusu olan yaşayış  məntəqələrində  şəhər kitabx-
anaları, kiçik yaşayış  məntəqələrində isə kitabxanaların 
filialları, səyyar kitabxanalar, kitab verilişi məntəqələri, 
həmçinin fermalarda, yaylaqlarda və s. əhaliyə kitabxana 
xidməti göstərmək üçün kitab gəzdirənlər və bibliobuslar-
dan istifadə edilirdi. Kitabxana şəbəkələri hər bir yaşayış 
məntəqələrində düzgün yerləşdirilməklə yanaşı, belə bir 
qaydaya da diqqət yetirilirdi ki, o, məntəqənin bütün 
əhalisinə yaxın olsun, ucqarlarda, əhalidən uzaq məsafədə 

yerləşdirilməsin. Oxucuların  ən çoxu 15-20 dəqiqəyə ki-
tabxanalara gəlmək imkanı olsun. Doğrudur, bu prinsipi 
yerinə yetirmək o qədər də asan deyildi. Ancaq məsul 
şəxslər imkan daxilində bu problemin müsbət həllinə çal-
ışmalıdır. Müstəqillik  şəraitində bu sahədə  hələlik ciddi 
bir iş görmək mümkün olmamışdır. Ancaq keçmiş sistem 
qorunub saxlanılmış, yeri gəldikcə kitabxana şəbəkələrinin 
qaydaya salınması işinə diqqət yetirilməyə başlanılmışdır.  
Kitabxanaların ümumaçıq olmasını  təmin edən 
amillərdən biri də oxuculara xidmətin keyfiyyətinin 
yüksəldilməsindən, kitabxana təbliğinin müxtəlif metod-
larından və üsullarından istifadə etməkdən, kitab fond-
larını vaxtlı-vaxtında, ardıcıl olaraq 
komplektləşdirməkdən, yeni çıxan kitabları əldə etməkdən 
ibarətdir. Bütün bunlarla yanaşı, kitabxanaların maddi-tex-
niki bazasının möhkəmləndirilməsi, kitabxana abone-
mentində, oxu zallarında oxucular üçün maksimum ra-
hatlığın yaradılması, oxucu sorğularının ödənilməsi 
zamanı rədd cavablarının heçə endirilməsi tələb olunur.  
Kitabxanaların ümumaçıqlığını  təmin etmək üçün 
müntəzəm olaraq oxuculara kitabxana xidmətini diqqət 
mərkəzində saxlamaq, kitabxanaya gələn hər bir insana, 
hər bir oxucuya qayğı ilə yanaşmaq, onun tələb və 
sorğusunun vaxtında bütünlüklə ödənilməsinə nail olmaq, 
oxucu marağının öyrənilməsinə, onun 
istiqamətləndirilməsinə çalışmaq hər bir kitabxanaçının 
borcudur.  

Son zamanlar informasiya texnologiyasının 
genişlənməsi, texnologiyalardan kitabxanalarda 
müvəffəqiyyətlə istifadə edilməsi kitabxanalarda xidmətin 
forma və üsullarının genişlənməsinə səbəb olmuş, bir sıra 
yeni forma və üsulların tətbiqinə  şərait yaratmışdır. Ki-
tabxanaların iş rejimi və kitabxanalardan istifadə qaydaları 
da xidmət prosesinə təsir edən mühüm amillərdəndir. Ki-
tabxananın iş rejimini müəyyənləşdirmək üçün onların 
çoxillik təcrübəsindən, oxucuların  əsasən hansı saatlarda 
kitabxanalara gəlməsindən asılı olaraq müəyyənləşdirmək 
zəruridir. Bu işi müvəffəqiyyətlə təşkil etmək üçün oxucu-
lar arasında anket sorğusu keçirmək, onların hansı saat-
larda kitabxananın açıq olması arzularını öyrənmək lazım-
dır. Yaxşı olar ki, iş rejimi müəyyənləşdirilərkən bazar 
günlərindən və axşam saatlarından istifadə edilməsinə 
diqqət yetirilsin. Təcrübə göstərir ki, bazar günləri və ax-
şam saatlarında kitabxanaların açıq olması oxucuların miq-
darının əhəmiyyətli dərəcədə artmasına səbəb olur.  
Kitabxana-oxucu münasibətinin tənzimlənməsində 
kitabxanalardan istifadə qaydalarının olduqca böyük rolu 
vardır. Kitabxanadan istifadə qaydaları kitabxananın 
kollektivi tərəfindən tərtib edilən, müəssisənin rəhbəri 
tərəfindən təsdiq edilib rəsmiləşdirilən, oxucuların kitabx-
anadan istifadəsinin  ən səmərəli formalarını müəyyən 
edən rəsmi sənəddir. Kiabxanadan istifadə qaydaları 
müxtəlif tip kitabxanaların xüsusiyyətləri nəzərə alınaraq 
tərtib edilir. Məsələn, Milli Kitabxanadan istifadə qay-
daları, Muxtar Respublika kitabxanasından istifadə qay-

daları, xüsusi kitabxanalardan istifadə qaydaları, kütləvi 
kitabxanalardan istifadə qaydaları və s.  
Məlumdur ki, kitabxanaların tiplərindən asılı olaraq 
kitabxana qaydaları da müxtəlif olur. Hər bir kitabxana 
tipinin  şəraiti və imkanları  nəzərə alınaraq özünəməxsus 
qaydaları yaradılır. Kitabxanalardan istifadə qaydalarında 
oxucuların istək və arzuları, hüquqları və vəzifələri nəzərə 
alınmalıdır.  
Kitabxanalardan istifadə qaydaları hazırlanarkən 
onun kitabxanalardan istifadənin daha da 
demokratikləşməsinə, təkmilləşməsinə, oxucuya xidmət 
prosesinin daha demokratik əsaslar üzərində qurulmasına 
kömək edə biləcəyini nəzərə almaq zəruridir. Açıq 
cəmiyyət  şəraitində kitabxana işinin demokratikləşməsi 
qarşısında qoyulmuş  tələbat bu qaydaların  əsas mahiy-
yətini təşkil etməlidir. Kitabxanalardan istifadə qaydaları 
kitabxanaya üzv olan hər bir oxucunun nəzərinə çatdırıl-
malı, oxucular arasında geniş təbliğ edilməlidir.  
Kitabxanalardan istifadə qaydaları plakatlar şəklində 
çap edilməli, abonementdə  və qiraət salonunda görünən 
yerdən asılmalıdır. 
Kitabxanaların ümumaçıq olması prinsipi kitabx-
analardan istifadə qaydalarının  əsasını  və  məzmununu 
təşkil etməlidir. Öz əhəmiyyət və vəzifələrinə görə kitabx-
analardan istifadə qaydaları kitabxananın  ən mühüm 
sənədidir. Qaydaların tərtibi, formalaşması  və  təsdiqi 
xüsusi ilə kitabxana işini yaxşı bilən mütəxəssislərin işti-
rakı ilə həyata keçirilməlidir.  

Kitabxanadan istifadə qaydaları tərtib edilərkən yerli 
şəraiti, fondun və oxucuların tərkibini, kitabxananın im-
kanlarını 
nəzərə almaq lazımdır. Qaydalarda 
abonementdən, qiraət salonundan, xüsusi fondlardan, 
soraq-biblioqrafiya və informasiya aparatından istifadə 
etməyin yolları göstərilməlidir.  
Kitabxanadan istifadə qaydaları  rəhbərlik tərəfindən 
təsdiq edilməzdən əvvəl kitabxana şurasında və kitabxana 
ictimaiyyətinin yığıncağında müzakirə edilməli, verilən 
təkliflər nəzərə alınmalıdır.  
Beləliklə, kitabxanaların ümumaçıq olması prinsip-
inin həyata keçirilməsində mühüm amillərdən biri olan 
kitabxanalardan istifadə qaydalarının tərtib edilməsi və 
onun kitabxana fəaliyyətinin dinamik mühitinə daxil 
edilməsi mühüm elmi-təcrübi əhəmiyyət kəsb edir. 
Kitabxanaların ümumaçıq olması prinsipinin həyata 
keçirilməsi hər  şeydən  əvvəl kitabxana kitabının hər bir 
ailəyə, hər bir insana, hər bir oxucuya çatdırılması 
vəzifəsini qarşıya qoyur. Bu mühüm vəzifənin həyata 
keçirilməsi üçün kitabxana xidmət etdiyi yaşayış 
məntəqəsini, yaşayış sahəsinin xüsusiyyətlərini dərindən 
öyrənməli,  əhalinin demoqrafik tərkibini, məşğuliyyətini, 
ərazidə yerləşən müəssisələrin profilini 
müəyyənləşdirməlidir. Bunun üçün sosioloji tədqiqatlar 
aparmalı, rayon ictimaiyyətinin ziyalılarını bu tədqiqatlara 
cəlb etməli, onların köməyindən istifadə etməlidir. Ki-
tabxana fondlarının komplektləşdirilməsi planı  və xidmət 
prosesinin perspektiv inkişaf planları hazırlanmalıdır. Bu 

iş 
həm kitabxana fondlarının məqsədyönlü 
komplektləşməsinə imkan yaradır, həm də kitabxanaların 
perspektiv inkişafına kömək göstərir. Kitabxana öz işini 
elə qurmalıdır ki, oxucu kontingentinin, xüsusilə daimi 
oxucuların sayını sabitləşdirə bilsin, kitabxanadan istifadə 
edən daimi oxucular nə qədər çox olsa, əhaliyə kitabxana 
xidmətinin keyfiyyəti bir o qədər yüksələr, cəmiyyətdə 
kitabxananın mədəni və sosial rolu əhəmiyyətli dərəcədə 
artar. 
Müasir informasiyalaşdırılmış cəmiyyətdə kitabxana 
xidmətinin forma və üsulları xeyli yeniləşmiş,  ənənəvi 
forma və üsullardan tamamilə  fərqlənən, bilavasitə yeni 
informasiya texnologiyasına  əsaslanan iş formaları  və 
üsulları meydana gəlib formalaşmışdır. Müasir kitabxana 
yeni forma və üsullardan istifadə etmədən oxucuya ki-
tabxana xidmətini dövrün tələbləri səviyyəsində təşkil edə 
bilməz. Məhz buna görə  də kitabxanaların qarşısında 
müasir informasiya texnologiyasına yiyələnmək, onu ki-
tabxana təcrübəsinə, oxuculara xidmət işinin təşkili 
prosesinə  tətbiq etmək vəzifəsi qoyulmuşdur. Hər bir ki-
tabxanaçı bilməlidir ki, bu vəzifənin yerinə yetirilməsi 
dövrün, zamanın tələbidir. Bunsuz müasir şəraitdə kitabı 
və digər informasiya sənədlərini hər bir ailəyə, hər bir 
oxucuya çatdırmaq mümkün olmaz.  
Beləliklə, yekun olaraq demək olar ki, kitabxanaların 
ümumaçıq olması prinsipi dünyada ən demokratik, ən hu-
manist, azad cəmiyyətdə insanların mədəni sərvətlərdən 
istifadə hüququnu, cəmiyyət üzvləri arasında bərabərliyi 

təmin edən bir prinsipdir. Kitabxanalarda ümumaçıqlıq 
prinsipinin bərqərar olduğu bir vaxtda insanlar 
milliyyətindən, irqindən, cinsindən, sosial vəziyyətindən, 
maddi durumundan, mövqeyindən asılı olmayaraq kitabx-
ana oxucusu kimi bərabərdir. Demokratik cəmiyyətin ki-
tabxanası üçün kitabxanadan istifadə edən hər bir insan 
oxucudur, oxucular arasında heç bir fərq yoxdur, hamıya 
eyni dərəcədə xidmət təşkil edilir.  
 
?


iishissya-4.html

iishissya-9.html

iisus-hristos---bolshaya.html

iisuse--nelepindu-ne-prin.html

iitm---see-international.html