1 ... 33 34 35 36 37 38 39 40 41

III FƏSİL - Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə...

səhifə40/41
tarix08.07.2018
ölçüsü28.63 Kb.

114


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


9.  Qarışqa yuvalarını dağıtmayın­qarışqalar meşələrin sanitar­
larıdır.
10.  Suda­quruda  yaşayanları,  xüsusən  qurbağaları  məhv
etməyin! Dünyada faydasız və eybəcər canlı yoxdur.
11.  Zəhərli  göbələkləri  ayaqlarınızla  tapdayıb  məhv  etməyin,
onlar  bəzən  meşə  heyvanlarının  xəstəliklərini  müalicə
edirlər.
12.  Ağac və kolların yaxınlığında od qalamayın, tonqalı təhlükə­
sizlik qaydalarına uyğun olaraq qalayın.
13.  Tonqaldan istifadə etdikdən sonra mütləq su ilə söndürün.
14.  Meşəni tullantılardan qoruyun, zibillənmiş meşəyə heç kim
gəlmək istəməz. Bundan başqa:
­
çürüyən tullantıların ağır qoxusu olur;
­
kağız  tullantılar  günəş  şüasının  təsiri  altında  yana
bilər;
­
sellofan və polietilen paket uzun müddət çürüməyərək,
bitkilərin inkişafına mane olur və hava buraxmır;
­
konserv  qutuları  heyvanların  pəncəsini  yaralaya  bilər
və kiçik heyvanlar üçün tələyə çevrilər;
­
şüşə qabların qırıntıları heyvanların pəncələrini zədə­
ləməklə bərabər günəşli havada linza kimi günəş şual­
larını toplamaqla meşə yanğını törədə bilər.
15.  Meşədə  dayanacaq  yerlərinizi  növbəti  səfərdə  görmək
istədiyiniz vəziyyətdə qoyub gedin.
16.  Su  hövzələrini  tullantılarla  çirkləndirməyin.  Meşədəki
bulaq lar, çaylar, göllər sizi içməli su ilə təmin edir.

“Meş s rv timizdir,


H yat m nb yimizdir,


Planeti qoruyan,


Yaşıl sip rimizdir.”



115


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 


III FƏSİL


Meşədə istiqamətin təyin edilməsi


Bəzən  meşənin  dərinliklərinə
gedən  insanlar  yolu  azaraq  isti­
qaməti  təyin  etməkdə  çətin lik
çəkir lər.  Meşədə  isti qaməti  təyin
etmək  üçün  qol  saatının  kiçik
əqrəbi günəşə doğru yön lən di rilir.
Bu əqrəblə 1 (13) rəqəmi arasında
əmələ  gələn  bucaq  yarı dan  2
hissəyə  bölünür.  Həmin  bölünən
hissə cənubu, əks tərəf isə şimalı
göstərir (şəkil 36).
Meşəni kvartallara bölən dirək­
lərin  üzərindəki  kiçik  rəqəm lər
şimalı, böyük rəqəmlər isə cənu bu
göstərir (şəkil 37).
Bundan  başqa  azimut  bucağı
vasi tə silə  də  istiqaməti  təyin  et­
mək  olar.  Bunun  üçün  maqnit
kompasın şimal istiqamətli əqrəbi
ilə  oriyentasiya  olu nan  obyekt
arasındakı  bucaq  (azimut  bucağı)
saat  əqrəbi  istiqamətində  ölçü­
lür.  Kompasın  0  bölümü  əqrə­
bin  şimal  istiqaməti  ilə  üst­üstə
tutuş durulur,  kompasın  əşya  dio­
ptrını verilmiş azimut bucağı üzrə
döndərmək  lazımdır.  Gözəyarı  ola­
raq  alınmış  istiqamətə  əsasən
oriyentir  seçilərək  hərəkəti  davam
etdir mək  və  vaxtaşırı  istiqa məti
yoxlamaq lazımdır (şəkil 38).
Təbiətdə  bəzi  əlamətlərə  görə
də  istiqaməti  təyin  etmək  olar.
Cənub  yamaclarda  bitki  örtüyü
daha zəngindir, giləmeyvələr daha
tez yetişir. Qarışqa yuvası şimalda
daha  dik  olur.  Ayrı­ayrı  ağacların
çətiri şimalda nisbətən seyrək olur, gövdəsi isə mamır və şibyələrlə
daha çox örtülür.

Ş


C


12
13
14
15
16
17
18
21

Şəkil 36

. Saat vasitəsilə istiqamətin təyini

Şəkil 37

. Meşə dirəklərinə əsasən 
is ti qamətin təyini
14
15
45
46

Ş


C


Ş


Q


Şəkil 38

. Kompas vasitəsilə azimut bucağına 
görə istiqamətin təyini
0
90
180
270

116


III FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


GƏNC MEŞƏÇİNİN KODEKSİ


­
Meşələri qoruyun ki, həm bizi, həm nəvələrimizi, həm də
nəticələrimizi daim sevindirsin.
­
“Yaşıl  tarazlığı”  qoruyun  –  yeni  meşə  zolaqları  qırılmış
ağacları əvəz etməlidir.
­
Meşəyə piyada, qayğı və məhəbbətlə gəlmək lazımdır.
­
Meşə  zehni  yorğunluğu  aradan  qaldırır,  sağlam  ruhlu
olmağa kömək edir.
­
Meşənin əsrarəngiz musiqisini dinləyin.
­
Qocaman  ağaclar  öz  borcunu  yerinə  yetirmiş  əsgərlərə
bənzəyərək meşənin qorunmasının vacibliyini xatırladır.
­
Meşədəki  canlılara,  hətta  gözlə  görünməyənlərə  də
hörmətlə yanaşın.
­
Tanımadığınız bitki və heyvanların adını öyrənməyə çalışın.
­
Yabanı meyvə və göbələkləri toplayan zaman yaşıl bitkilərə
qayğı ilə yanaşın.
­
Meşə heyvanlarına qayğı göstərin, onların həyatına mane
olmayın.
­
Topladığınız  meyvə  və  göbələkdən  əlavə  meşədən
heyranedici təəssüratla və gözəl xatirələrlə ayrılın.
FrankoTassi

117


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 


III FƏSİL


“Gənc meşəçilər” dəstəsinin nizamnaməsi


1. Məktəb meşəçiliyi haqqında ümumi məlumat


1.1.
Məktəb  meşəçiliyi  –  məktəblilərin  könüllü,  ictimai,
ekoloji­maarifl əndirmə birliyi olub, müəllimlərin və mütə­
xəs sislərin  iştirakı  ilə  orta  ümumtəhsil  məktəblərinin,
ekoloji  tərbiyə  və  təcrübəçilik  mərkəzlərinin  nəzdində
təşkil olunur.
1.2.
Birliyin  əsas  məqsədi  məktəblilərdə  təbiətə  qayğıkeş,
ekoloji  və  iqtisadi  cəhətdən  əsaslandırılmış  humanist
münasibətin  tərbiyə  edilməsi,  meşələrin  ekologiyası
və meşəçilik üzrə dərin biliklərin aşılanması, meşənin
bioloji  müxtəlifliyinin,  nadir  flora  və  fauna  növlərinin
qorunması, bərpası və artırılması üzrə praktik tədbirlərin
həyata keçirilməsindən ibarətdir.
1.3.
Birliyin əsas vəzifəsi aşağıdakılardır:
­
meşəçilik  üzrə  son  elmi  nailiyyətlərə  və  milli
ənənələrə əsaslanaraq bu sahədə gələcək kadr­
ların hazırlanması;
­
cəmiyyətlə təbiət arasında harmonik və davamlı
inkişaf  prinsiplərinə  uyğun  olaraq  meşə  eko­
sistemləri və meşəçilik təsərrüfatı barədə sistemli
biliklərin aşılanması;
­
meşələrin  qorunması  sahəsində  meşə  təsər­
rüfatları  və  digər  əlaqədar  müəssisələrlə  əmək­
daşlıq əlaqələrinin yaradılması;
­
xüsusi  qorunan  ərazilərdə  əhali  arasında  ekoloji
maarifləndirmə və təbliğat işlərinin təşkili;
­
təbiətə zərər vuranlara qarşı mübarizədə əlaqədar
dövlət orqanları ilə əməkdaşlıq etmək;
­
ölkənin  meşə  fondunun  qorunması  məqsədilə
meşələrin regional və lokal ekoloji problemlərini
aşkar  edib  öyrənmək  üçün  təcrübəçilik  və  təd­
qiqatçılıq fəaliyyətinin təşkili, bu sahədə bacarıq
və vərdişlərin inkişaf etdirilməsi.

2. Birliyin quruluşu və fəaliyyətinin məzmunu


2.1.
Məktəb  meşəçiliyi  dəstələri  orta  ümumtəhsil
məktəblərinin V­XI sinif şagirdlərindən ibarət olur;

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ijodiyguruhdagibarchaisht.html

ijroga-qabul-qilindi-2.html

ijtimoiy---davlat-huquq--.html

ijtimoiy-fanlar-kafedrasi-4.html

ijtimoiy-iqtisodiy-va.html