1 ... 66 67 68 69 70 71 72 73 ... 125

III.  Güman edilən maksimal ehtiyatlar

səhifə70/125
tarix17.01.2018
ölçüsü5.11 Kb.

 
 
144

III.  Güman edilən maksimal ehtiyatlar

  

800 milyon ton şərti yanacağa ekvivalent
  (660 
milyon ton neft, 140 milyard kub metr qaz).

 


 
Qeyd: ehtiyatların dinamik xüsusiyyəti nəzərə alınaraq yuvarlaq rəqəmlərə istinad olunmuşdur. 
 
Son 5-6 ildə quru sahələrində tərəddüd edən karbohidrogen hasilatını orta göstəricidə 1,5 
milyon ton neft, 250 milyon kub metr təbii qaza bərabər qəbul etsək və bu göstəricilərə  əlavə 
olaraq 40%-li fəaliyyətsiz quyu fondunun məhsulvermə imkanlarını  və perspektiv laylardakı 
proqnoz ehtiyatları qatmaqla hasilatın 2-3 dəfə artırılmasının mümkünlüyünü yəqin etmiş olarıq. 
Orta göstəricidə hər il 4 milyon ton ümumi hasilat tempində istismar müddəti minimal ehtiyatlar 
şəbəkəsində 50 il, orta proqnoz ehtiyatlarda 100 il, maksimal ehtiyatlarda isə 200 il davam edə 
bilər. Mövcud potensialı son mümkün imkanlı çevrədə qiymətləndirməklə dünyanın özünün 
iqtisadi-texnoloji inkişaf ssenarisini, enerjidaşıyıcılar balansında meylləri nəzərə alaraq daha 
strateji münasib istismar müddəti seçilməlidir. 
Sadə hesablamalar belədir ki, zaman baxımdan bir qədər qeyri-real olsa da indiki hasilat 
templəri ilə quru ərazilərdə istismar növbəti  əsrin ilk onilliyinə  qədər davam edə bilər. Lakin 
qeyd etdiyimiz amillərə istinadən bu müddətin iki dəfə  qısaldılması, orta səviyyədə 70 il 
davamiyyəti fikrimizcə daha ümidli səmərəliliklə müşayiət olunar. Ehtimal ki, bu müddət 
ərzində enerjidaşıyıcılar bazarında neft-qaz resursları özünün dominant üstünlüyünü də nisbətən 
qoruyub saxlayacaqdır. Optimal müddətin hesablanmasında Azərbaycanın maddi-iqtisadi 
vəziyyəti onun inkişaf səviyyəsi, yeni transformasiyalara iqtisadi hazırlıq, qalıq ehtiyatların 
çıxarılmasının texnoloji problemləri, dağ-mədən  şəraitinin mürəkkəbliyi və habelə qlobal 
perspektivlər, inteqrasiyon meyllər, innavasiyon tərəqqi amilləri də diqqətdən yayınmamalıdır. 
Burada mühüm olaraq daxili və xarici effektlər faktoru, kompleksin texniki-iqtisadi hazırlıq 
səviyyəsi və  dəyişkənlik diapazonu, investiya tələbləri, illik və dövri hasilat müddətlərinin 
təyinatı, mənfəətin hesablanması, riskin qiymətləndirilməsi də  təhlil olunmalıdır. Mövcud 
tədqiqat prosesində isə hesablanan istismar müddətinin təyinatı bütün sadalanan faktorların 
korrelyasion optimal vəhdəti perspektivi nəzərdə tutur. Əlbəttə, istismar müddətinin müəyyən 
olunmasının alternativ variantları da istisna deyildir. Burada heç də birxəttli istiqamətdən və 
zərgər dəqiqliyli ölçüdən söhbət getmir. Hasilatın müddət bölgüsünün daha konkret təyinatını 
zamanın özü konyuktur vəziyyətlərlə  şərtləndirərək korrektəsini verəcək, strateji xəttdən 
mümkün yayınmalar isə taktiki gedişlərlə tənzimlənəcəkdir. 
Optimal istismar müddətinin təyinatına təşəbbüs edilən bizim təhlil obyektində ehtiyatlar 
potensialının orta göstəricidə-400 milyon ton şərti yanacağı  bərabər götürülməsinə seçim 
edilmişdir. Diqqətə çəkən neft-qaz ehtiyatları parametrindən çıxış edərək bu göstəricini iki dəfə 
azaltmaqla nəzərdə tutulan minimal ehtiyatları, iki dəfə artırılmaqla isə maksimal ehtiyatların 
orta istismar müddətini təyin etmiş olarıq. Ehtiyatların 400 milyon şərti yanacaq ölçüsündə heç 
bir differensasiya aparmadan neft üzrə orta illik hasilat tempi 4,7 milyon ton, təbii qaz üzrə 2 
milyard kub metrə müvafiq alınır. Aydındır ki, elə ilk ildən bu səviyyəli hasilata nail olmaq 
mümkün deyildir. Digər tərəfdən hasilatın uzunmüddətli sabit saxlanması da qeyri-real işdir. 
Belə olan təqdirdə investisiya təminatını nəzərə almaqla dinamik və statistik gerçəkliklərə uyğun 
olaraq hasilat müddətinin mərhələlərə, müvafiq istehsal templərinə bölmək zərurəti qarşıya çıxır. 
Bu layihələşmənin investisiya tələbinin müəyyən edilməsində qəbul olunmuş metodlara istinad 
edərək neftin qiyməti möhkəm və inflyasiyasız, xərclər nisbəti isə böyük parametrlərdə 
götürülməlidir. Bununla belə, biz konsaltinq, incirinq, marketinq kimi ilkin zəruri işlərin və 
ümumilikdə layihələşmənin digər komponentləri ilə bağlı vaxt müddətini nəzərə alaraq yüksək 
investisiya qoyuluşların başlanğıc mərhələsi kimi 01.01.2005-ci il tarixini şərti qəbul edirik. 
Müvafiq hesablamaların aparılmasını metodik baxımdan aşağıdakı düstur vasitəsi ilə yerinə 
yetirmək mümkündür: 
 
M
h
h
u
k

=
 

 
 
145

 


H


k


-kommulyativ hasilat 

H


i


-orta illik hasilat

 


M


-istismar müddəti
 
 
Düstur vasitəsi ilə aparılan hesablamalar əsasında quruda neftqazçıxarma kompleksində 
2005-2075-ci illər üzrə hasilat tempi və istismar müddətini təyin edən aşağıdakı  Cədvəl tərtib 
olunmuşdur. 

Cədvəl 25 


2005-2075-ci illərdə QNQÇİB-də neft-qaz istehsalında hasilat tempinin və istismar 


müddətinin mərhələli təsnifatda proqnozu 

(variant)

 


 

Neft 


(mln.ton)

 


Təbii qaz 


(1000 m
3
)

 


İllər 


Müddət 


Orta illik 


artım və 


eniş (+-) 


Orta illik 


hasilat 


Kommul 


yativ 


hasilat 


Orta illik 


artım və 


eniş (+-) 


Orta illik 


hasilat 


Kommul 


yativ 


hasilat 


2005-2020 


15 +10% 3,5  52,5 
+10-12% 
0,8 12000 

2020-2040 


20 sabit  6  120 sabit 1,4 28000 

2040-2060 


20 -2%  5  100 
-3-4% 1,0 20000 

2060-2075 


15 -2-3% 3,8  57,5 -5-6% 0,7 10000 

Yekun 


(orta göstərici)

 


70 - 4,7 


330 -  1 


70000 


 
Neft üzrə beynəlxalq ekspertlərin rəyinə görə, dünya iqtisadi artımının sabitliyini saxlamaq 
və qlobal böhranları təcrid etmək məqsədilə yaxın 20 il ərzində neftin orta satış qiyməti 1 barel 
25 dollar (1 ton təxminən 157 dollar) təbii qazın hər min kub metrinin 80 dollar orta sabit həddə 
qalması birgə səylərin səfərbərliyi ilə təmin olunacaqdır. Quruda neftqazçıxarma kompleksinin 
bazaryönümlü səmərəli fəaliyyəti nəticəsində əldə ediləcək 2005-2020-ci illərdə 52,5 milyon ton 
neft, 12 milyard kub metr qaz hasilatı proqnoz qiymətlərdə 9,2 milyard dollar məbləğində gəlirə 
bərabərdir. Baza üçün əsas götürülmüş bu rəqəmlərə istinad edərək müvafiq praktiki və nəzəri 
təlimatlara uyğun olaraq kiçik biznes planın da tərtibi mümkündür. İstehsal templəri və istismar 
müddəti üzrə daha mötədil planı hazırlanmasını isə geniş strukturlu investisiya layihələri ilə 
bağlamaq olar. Bu reallıqlardan çıxış edərək sadə metodik hesablamalar əsasında tərtib etdiyimiz 
biznes plan öz mövcud standartlarından xeyli yığcam olacaqdır. 
2005-2020-ci illərdə hasil ediləcək məhsulun kommulyativ həcminə  rəğmən 20%-lik 
rentabellik səviyyəsi və indiki mövcud 28%-lik mənfəət vergisi normasında istehsal xərclərini, 
mənfəət və xalis mənfəətin parametrlərini müəyyən etmək olar. İstehsal xərcləri və  mənfəətin 
hesablanması üçün aşağıdakı düsturlardan istifadə etmək təklif olunur

:

 
100
M
100
M
M
I
G
M
100
100
R
G
I
V
U
X
X
x
U


=

=

+
=

 


İ


x


 
istehsal xərcləri 

M


u


 ümumi 
mənfəət 

M


x


 xalis 
mənfəət 

:

upload -> File
File -> Bipolar pozuntular üzrə klinik protokol
File -> Wprowadzenie do narzędzi cat w 1993 roku większość tłumaczy na świecie posługiwała się edytorami tekstu
File -> Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol
File -> Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə
File -> Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikri-problemi---tvoe-telo.html

ikryaninskij-rajon.html

ikt-nukogu-koosoleku.html

ikt-podderzhka-ponyatiya.html

ikterus-neonatorum.html