©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

III. Hüquqlar - Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli


III. Hüquqlar

22. 


Həkim-pulmonoloqun aşağıdakı hüquqları vardır:

22.1. klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların     məlumatlarına   əsasən   ixtisası   üzrə   müstəqil   surətdə   diaqnoz 

müəyyənləşdirmək; 

22.2.  müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək;

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək; 

22.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

164

22.5. zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,       özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirmək və 

tənbeh etmək üzrə rəhbərliyə təkliflər vermək;

22.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

22.9.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23. 

Həkim-pulmonoloq   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 



uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.  Məsuliyyət

24. 


Həkim-pulmonoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və  peşəkar seviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə

25. 


Həkim-pulmonoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

165

Həkim-radioloqun nümunəvi vəzifə



T Ə L İ M A T I



I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-radioloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-radioloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə müəyyən 



edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı  keçmiş  şəxs təyin edilir. 

Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “şua terapiyası” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

166


3. 

Həkim-radioloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4.

Həkim-radioloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-radioloq aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  şüa terapiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  

II. Vəzifə öhdəlikləri

6. 


Həkim-   radioloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Xəstənin müayinəsi planının işlənib hazırlanmasında  iştirak edir, ən qısa 

müddətdə tam və dolğun diaqnostik məlumatlar əldə etmək məqsədi ilə pasiyentin 

müayinəsinin həcm və səmərəli metodlarını dəqiqləşdirir.

8. 


Klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların məlumatlarına əsasən diaqnoz qoyulmasında iştirak edir.

167

9. 

Zəruri   diaqnostik   tədqiqatı   təşkil   edir   və   ya   müstəqil   surətdə   aparır, 

pasiyentin vəziyyətindən asılı olaraq əlavə müayinə metodlarının zəruriliyini müəyyən 

edir.


10. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 

ixtisası üzrə məsləhət yardımı göstərir. 

11. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

12.

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14. 

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə   işini   aparır.   Həkim   etikasının   qayda   və 

prinsiplərinə riayət edir.

17. 

Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   eləcə   də   öz 



peşəkar fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra 

edir.


18. 

Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

19. 


Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

20. 


Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir.

21. 

Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 



təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür.

III.



Hüquqlar

22. 


Həkim-radioloqun aşağıdakı hüquqları vardır:

22.1.


rəy verilməklə zəruri diaqnostik tədqiqatları təşkil etmək və ya müstəqil 

surətdə aparmaq;

22.2.

pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 



diaqnostika metodlarını tövsiyə etmək;

22.3.   zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmişqaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

22.4. müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,   özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

22.5.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,   sərəncamlar   vermək   və   onların   həvəsləndirilmə   və   tənbeh   edilmə   üzrə 

rəhbərliyə təkliflər vermək;

168

21.6.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

21.7.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

21.8.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23.   Həkim-radioloq Azərbaycan Respublikasının  Əmək  Məcəlləsinə  uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.



Məsuliyyət

24. 


Həkim-radioloq aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

25. 


Həkim-radioloq   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

169

Həkim-revmatoloqun nümunəvi vəzifə 



TƏLİMATI



I. Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-revmatoloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-revmatoloq   vəzifəsinə   ali   tibb   təhsili   olan,   qanunvericiliklə 



müəyyən edilmiş qaydada müvafiq   ixtisas üzrə peşə hazırlığı   keçmiş   şəxs təyin 

edilir. 


Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “revmatologiya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

170

3. 

Həkim-revmatoloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-revmatoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-revmatoloq aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  revmatologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  

II.



Vəzifə öhdəlikləri

6. 


Həkim-   revmatoloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların,   müayinə   və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

8. 


Mövcüd   qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

171


9.  

Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının   zəruriliyini 

müəyyən edir.

10. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 



ixtisası  üzrə məsləhət yardımı göstərir.

11. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

12. 

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14. 

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir. 

17. 


Əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.

18. 

Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 



və vaxtında icra edir.

19. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

20. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



21. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.



III.



Hüquqlar

22. 


Həkim-revmatoloqun aşağıdakı hüquqları vardır:

22.1.


klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların     məlumatlarına   əsasən   ixtisası   üzrə   müstəqil   surətdə   diaqnoz 

müəyyənləşdirmək; 

22.2.     müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək; 

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək; 

22.4.  diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

22.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş  qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

172


22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,       özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,   sərəncamlar   vermək   və   onlardan   dəqiq   icra   tələb   etmək,   onların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək;

22.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

22.9.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək;

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23. 

Həkim-revmatoloq   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 



uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.



Məsuliyyət

24. 


Həkim-revmatoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və  peşəkar səviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə

25. 


Həkim-revmatoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

173

Həkim-stomatoloqun  nümunəvi vəzifə



T Ə L İ M A T I



I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-stomatoloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-stomatoloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarda),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “stomatologiya”  ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

174

3. 

Həkim-stomatoloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-stomatoloq bilavasitə şöbə müdirinə olmaqla, tibb müəssisəsinin 



rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-stomatoloq aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  stomatologiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  

?


il-ax-od-candombl---shif.html

il-bhete---frit-yahin.html

il-bosco-del-merlino.html

il-cantiere-dei-suoni.html

il-catalogo-dei-vizi-e.html