1 ... 10 11 12 13 14 15 16 17 ... 53

“Koroğlu”nun şeir dili - Microsoft Word Tanr?verdi ?

səhifə14/53
tarix21.06.2018
ölçüsü61.3 Kb.

                                                    “Koroğlu”nun şeir dili 


 
 
63 
deyimin dastandakı şeir parçalarında ayrıca bir misra kimi 
verilməsi də diqqətçəkən məsələlərdəndir: “Yaxşı ər yaxşı 
at minər // Ortada göstərər hünər...” Bütün bunlar belə bir 
fikri reallaşdırır: dastanda hünər göstərən  iki qüvvə təsvir 
olunur: qəhrəman və ona məxsus at. Bu motiv “Dədə 
Qorqud kitabı”ında daha konkret, həm də atın üstün-lüyü 
kontekstində  ifadə olunub:  “Qazan bəg aydır: “Bu hünər 
atıηdır,  əriηmidir?” Xan aydır: “Yoq, at işləməsə,  ər 
ögünməz. Hünər atındır” (sonrakı səhifələrə bax); 
– atın üç yaşından on yaşına qədərki vəziyyəti vəsf 
olunarkən onun ən mühüm keyfiyyətləri qabardılır: at üç 
yaşında asma gərdənli, qulun sağrılı, sığır qabırğalı, maral 
əllidir; beş yaşında yəhərin üstündən başına  əl yetişmir; 
yeddi yaşında igid kimi döyüşür, vuruşur... 
 
Ərəb atın dastanını söylərəm, 
Üç yaşında hər nişanı bəlli olur. 
Bir asma gərdənli, qulun sağrılı, 
Sığır qabırğalı maral əlli olur. 
 
Dörd yaşından yetişəndə beşinə, 
Yəhər üstdən əl yetişməz başına. 
Qovğa günü üzün tutar qoşuna, 
Gözləri dağlarda, burnu yelli olur... 
 
Burada o da vurğulanmalıdır ki, atın müxtəlif yaş 
dövrləri baxımından səciyyələnməsi verilmiş bu qoşma, 
yaxud atla bağlı “Vücudnamə” təkcə semantikasına deyil, 
həm də formasına görə insanın üç yaşından yüz yaşına 
qədərki həyatının  ən  əsas cəhətləri ifadə olunmuş 
“Bənzərsən” qoşması ilə - insanla bağlı olan “Vücud-

Язизхан Танрыверди 


 
 
64
 
namə” ilə səsləşir (hər iki qoşma ilk dəfə Ə.Qaracadağinin 
“Şeirlər məcmuəsi”ndə  verilib). Burada yalnız birinci 
bəndi təqdim edirik: 
 
Üç yaşından beş yaşına varanda, 
Yenicə açılan gülə bənzərsən. 
Beş yaşından on yaşına varanda, 
Arıdan saçılmış bala bənzərsən. 
 
Qədim türk epos təfəkküründən süzülərək bu 
günümüzə ötürülmüş atla bağlı  şeirlərin semantik tutumu 
bir daha sübut edir ki, at və qəhrəman obrazlarının vəhdəti , 
atın kultlaşdırılması kimi məsələlər “Koroğlu” eposu üçün 
də səciyyəvidir. Burada o da vurğulana bilər ki, “Koroğlu” 
eposundan at obrazları, bir tərəfdən, özünə-qədərki at 
obrazlarını ümumiləşdirirsə, digər tərəfdən, sonrakı dövr 
ədəbiyyatımızda yeni formada təzahür edir. “Qaçaq Nəbi” 
dastanındakı “Boz at”, yaxud İ.Şıxlının  “Dəli Kür” roma-
nındakı “Qəmər” obrazları da dediklərimizi arqument-
ləşdirir. Bu cür oxşarlıqları  poetik bir dillə canlandıran 
K.Vəliyev yazır: “Dədəm Qorqud bir ad verdi // Qoç 
Koroğlu bir at verdi” – deyən ozan nə xoş demiş! Bu öygü 
yada salar Salur  Qazanın Qonur atını, Beyrəyin Boz 
ayğırını, qoç Koroğlunun qara başlı, dolu gözlü, qara 
birçəkli, uzun boylu, tökmə döşlü, sağrılı  Qıratını, 
uzuncaydaq, çəkmə sağrılı, nazik ortalı Düratını, Qaçaq 
Nəbinin ifçın yəhər – yüyənli acı qamçı dadmayan Boz 
atını...” (Elin yaddaşı, dilin yaddaşı. Bakı, 1988, səh.192). 
Müəllifin obrazlı  şəkildə söylədiyi bu fikirlər də 
ədəbiyyatımızdakı at obrazlarının birinin digəri üçün 
məntiqi mərkəz funksiyasında çıxış etdiyini əsaslandırır. 

                                                    “Koroğlu”nun şeir dili 


 
 
65 

 


 


DAĞ KULTU 


 


 Araşdırmalar göstərir ki, koroğluşünaslıqda dağ 
kultu daha çox dastandakı  nəsr parçaları kontekstində 
öyrənilib. Məsələn, M.Cəfərli yazır: “Koroğlu içdiyi suyu 
dağdan alır, bu suyu, su ilə bərabər qabiliyyətləri ona  dağ 
verir.  Əlbəttə, burada su və dağ stixiyaları birgədir və 
bunun belə olması əski türk mif əfsanələrindəki “Yer-Sub” 
obrazı ilə bağlıdır...” (Dastan və mif. Bakı, 2001, səh.96). 
Yaxud R.Əlizadə Koroğlunun dünyaya gəlişini dağ ruhu 
prizmasından araşdırarkən, demək olar ki, dastandakı şeir 
parçalarına müraciət etməyib. Müəllifin “...”Koroğlu” 
dastanında Alı kişi obrazının kor təsvir edilməsi də dağ  
ruhunun ekvivalentidir” (Azərbaycan folklorunda təbiət 
kultları. Bakı, 2008, səh.47) – deməsi də yuxarıda 
söylədiklərimizi təsdiqləyir. Açığını deyək ki, “Koroğlu” 
dastanındakı  şeir parçalarını biz də dağ kultu baxımından 
izah etmək fikrində deyildik. Amma “Bir zamanlar səfa 
sürüb gəzərdim // Onda səndin mənim qardaşım, dağlar!..” 
misra-larında dağ kultunun açıq-aşkar ifadəsi, “dağın 
qardaş hesab edilməsi” motivinə digər mənbələrdə, əsasən,  
rast gəlinməməsi dastandakı  şeir parçalarına həm də dağ 
kultu prizmasından yanaşmanın gərəkli olduğunu diktə 
edir. Bəri başdan qeyd edək ki, dastandakı  şeir parça-
larında dağ sözünün assosiativliyi ilə reallaşmış  bəndlər 
kifayət qədərdir; “Dən-dən oldu dağlarda qar”; “Uca 
dağların başında”...və s. kimi misralarla başlanan bəndlər 
və bunların düzgün olaraq təbiət və məhəbbətin tərənnümü 

Язизхан Танрыверди 


 
 
66
 
müstəvisində  səciyyələndirilməsi də bütün parametrlərinə 
görə məntiqə uyğundur. 
“Bir zamanlar səfa sürüb gəzərdim” misrası ilə 
başlanan qoşma barədə N.Cəfərov yazır: “Azərbaycan 
Koroğlusu həm ilahi mənşəyə, həm də ilahi tipologiyaya 
malikdir, hətta bir qədər də irəli gedib demək olar ki, 
qədim türk təfəkküründə möhkəm yer tutmuş Tanrı 
obrazının konkret tarixi dövrdəki transformudur. Tanrıçılıq 
dövrünün məlum kultlarının məhz Koroğlunun dilində tez-
tez xatırlanması da obrazın tarixi semantikası barədəki 
təsəvvürü müəyyən qədər  əyaniləşdirir” (Eposdan kitaba. 
Bakı, 1999, səh.140). Müəllif haqlıdır. Amma dağın kult-
laşdırılmasını  şərtləndirən detalların hər birini ayrılıqda  
nəzərdən keçirməyi məqsədəuyğun bilirik: 
– igid (Koroğlu) dağda səfa sürüb gəzəndə, istirahət 
edəndə onun qardaşı yalnız dağ olur. Burada bir detaldan 
yan keçmək olmur: qədim türk təkcə atı yox, həm də dağı 
özünə qardaş bilib: 
 
Bir zamanlar səfa sürüb gəzərdim, 
Onda səndin mənim qardaşım, dağlar! 
Nə zaman ki, yağı düşman gələndə 
Səndə çox olurdu savaşım, dağlar! 
 
Bu bənd  Ə.Qaracadağinin “Şeirlər məcmuəsi”ndə 
belə təqdim olunub: 
 
Yaz olsun, ərisin dağların qarı,  
Gözümə görünsün qardaşım, dağlar! 
Misri qılınc oynar al qan içində, 
Düşər səndə qatı savaşım, dağlar! 

:

Kitab -> 2016
2016 -> SokratöNCƏSİ yunan fəLSƏFƏSİ
2016 -> Uot 328 (479. 24) Квт 66. 61(2)
2016 -> Fuad Məmmədov
2016 -> Microsoft Word metodik vesait
2016 -> []
2016 -> Ağirliq qaldiranlarin həRTƏRƏFLİ
2016 -> Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


lobzin-v--s---reshetnikov-3.html

loc-oriunde-te-ai-afla.html

local--cinci-copii--lsai.html

local-activities---2.html

local-aid-arlington-board.html