1 ... 25 26 27 28 29 30 31 32 ... 64

Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc - səhifə 29

səhifə29/64
tarix19.07.2018
ölçüsü2.8 Kb.

               _______________  

Milli Kitabxana


  ________________ 
114 
 
Allahın feyzindən istərdi kömək. 
O bir gün çıxaraq öz ac-təxtinə
166

Firuzə rəngli tac qoyaraq yenə, - 
Aqil vəzirinə buyurdu belə: 
Müti qələmini alaraq ələ, 
Elm ilə zəkaya edib riayət, 
Yazsın bir faydalı, gözəl nəsihət. 
Elə nəsihət ki, dinləsə onu, 
Dost bilsin özünə qurd da qoyunu, 
Fərmanı dinləyib vəzir hörmətlə, 
Təzim edib şaha çıxdı rüxsətlə, 
Mədəndən gövhərlər çıxarmaq üçün
167
 
Fikrini başına yığaraq bütün, 
Diltək itiləyib qələmi, yenə 
Qamışdan qənd səpdi kağız üstünə
168

 
 

ƏRƏSTUNUN NƏSİHƏTNAMƏSİ 


 
Allahın mədhini edib ifadə, 
Ərəstu yazmışdı rəhbərnamədə: 
"Ey şah, elmə, fənnə sən daim yar ol, 
Nadandan, cahildən daim kənar ol! 
Bağlı bir qapıya açar axtarsan, 
Ancaq alimlərdə axtar, taparsan. 
Əgər sahib olsan dövlətə, vara, 
Şükr elə bununçün pərvərdigara. 
Zəfərlər çalanda, yetəndə kama 
Allahın xovfunu yaddan çıxarma. 
Allahdan qorxana bəxti yar olar, 
Ondan qorxmayanlar daim xar olar. 
Səlamət yaşamaq istəsən əgər, 
Oda üzərrik at hər gün, hər səhər. 
Pis gözə inanma, ondan gəz kənar, 
Heç öz gözünə də etmə etibar. 
Demiş müdrik qoca belə bir məsəl: 
"Gərək yaman gözdən qorunsun gözəl!" 

               _______________  

Milli Kitabxana


  ________________ 
115 
 
Bir ağac çox uca qalxmasa, inan, 
Şiddətli küləkdən görməz bir ziyan. 
Ovlaqda ovçular ox atsa əgər, 
Dikbaş təkələrə daha çox dəyər. 
Hər kəsi ötməkçün çıxanda yola, 
Tələsmə, həsədə yol vermə əsla! 
Həsəd dərdə salar daim insanı, 
Insana yad edər dostu, aşnanı. 
Heç kəsi qaldırma kinlə yerindən. 
Qaldırdın, yerə sər arxasını sən! 
Biriylə köhnədən olarsa kinin, 
Kökünü qazıma onun nəslinin. 
Ata intiqamın alma oğuldan, 
Çalışıb onunla dost ol hər zaman. 
Günəşlə kölgədə çox azdır ara, 
Biri işıqlıdır, biri qapqara. 
Tikan xurma ilə bir yerdə bitər, 
Biri zəhərlidir, biri qənd-şəkər. 
Naqqaya qonşudur sədəf dəryada, 
Qılınc yox, dürr verir şaha dünyada
169

Qardaşın qanını alma qardaşdan, 
Tamam ayrı şeydir çünki südlə qan
170

Bir kəsçün özgəni incitmək olmaz, 
Qoyunu qoyunun ayağından as! 
İstəsən allahdan mərhəmət, kömək, 
Pisliyi kökündən atasan gərək! 
Pislərlə fələk də elər pis rəftar, 
Yaxşılıq görərlər daim yaxşılar. 
Həmişə dünyada yaxşılıq axtar, 
Yaxşı ad almaqda əbədiyyət var! 
Yaxşı adlananla yaxşı ol müdam, 
Yoxsa sən özün də olarsan bədnam. 
Zatı pis olana üz göstərmə sən, 
Qurdu bəsləməkdən ziyan çəkərsən. 
Bədgövhər adamla heç addım atma, 
Öz təmiz kimyanı küllərə qatma. 
Bədəsil olarsa əgər bir adam 

               _______________  

Milli Kitabxana


  ________________ 
116 
 
Qırmızı gövhəri saraldar tamam. 
Ağıllı adamla dost olsan əgər, 
Elmi, mərifəti sənə də keçər. 
Çox pul qazanmağı eləsən niyyət, 
Pulsuz adamlarla etmə məsləhət. 
Ciddiyyət gözləmək yüngül adamdan - 
Gövhər istəməkdir arpa satandan. 
Gur, öküz, ya pələng, - bütün heyvanlar 
Ancaq həmcinsiylə gəzər, dolanar. 
Nacins olar isə əgər bir nəfər, 
Ondan görəcəkdir çoxları zərər. 
Iki saf güzgünü qoysan üz-üzə, 
Onlarda bir ləkə görünməz gözə. 
Qorxma acizlərə zülm edənlərdən. 
Yoxsa qəm-qüssəyə batarsan hökmən. 
Insana ram olsa aslanlar əgər, 
Bunu insafdan yox, qorxudan edər. 
Həyasız adama qarşı sərt rəftar 
Yumşaq davranmaqdan faydalı olar, 
İşini bərk tutan düşməni yoxla. 
Yumşaq-yumşaq çağır, tutdun, bərk saxla! 
Başı fitnə dolu olarsa hər kəs, 
Şirinliklə çağır, itiliklə kəs. 
Iki xam bədxahın birsə qərarı, 
Fənd ilə, tədbirlə ayır onları! 
Qurd ilə pələngi sal bir-birinə. 
Sənin istədiyin yetsin yerinə. 
Şah və ya əkinçi,- gözləmə nəsəb, 
Özünə görə ver hər kəsə mənsəb. 
Güclünün yanına güclünü göndər, 
Alimin üzünü alimə döndər. 
Göndərdiyin adam işbilən olsa, 
Heç öyüd-nəsihət istəməz əsla! 
Paslanıb kəsməsə qılıncın əgər, 
Qızıl ver, daşları dəmirə döndər
171

Xəzinə qızılı yığmaq üçündür, 
Qızıl da düşməni yıxmaq üçündür. 

               _______________  

Milli Kitabxana


  ________________ 
117 
 
Quyruqla mümkündür tülkünü tutmaq. 
Şirniyə aldanar həmişə uşaq. 
Xalqın məclisində mütrübtək şad ol, 
Sərvsən, kibrdən, çalış, azad ol
172

Dünyanı sübH kimi nurunla bəzə, 
Camalın səhərtək görünsün gözə. 
Bəzəmə özünü sən reyhansayaq, 
Özgənin əlində ol nurlu çıraq
173

Səninçün bir yükdür daim xəzinə, 
Dincəlmək istəsən, ver özgəsinə, 
Zər atəş deyil ki, daim yığılsın, 
Qığılcım kimidir, gərək dağılsın. 
Qızıl ya sahibi xoşdur? - Sorma sən, 
Düyün bənddən pisdir, bənd də düyündən
174

Bir gün atəşpərəst soruşdu oddan: 
"Söylə, mən yaxşıyam, ya sən yaxşısan?" 
O dedi: "Istəsən düzünü bilmək, 
Mənə yanmaq gərək, sənə də ölmək!" 
Geniş ətəkli ol, çünki meyvələr 
Geniş ətəklərə daha çox düşər
175

Çox yemə, süfrədə hər şey çox da var, 
Artıq bir qətrədən qədəh də daşar. 
Bir müflis xəzinə tapmışdı həmən 
Yıxılıb ölmüşdü sevindiyindən. 
Necə susuz olsan, istiyə düşsən, 
Tələsik soyuq su əsla içmə sən. 
Bir yeri talayıb dağıtmış olsan, 
Orda mənzil salıb yatma heç zaman! 
Əsla içməyəsən yoxlanmamış su, 
İçirt başqasına, yoxla bir onu. 
Qəribə görünən meyvəni yemə, 
Özünü dərd-qəmə düçar eləmə! 
Olarsa birisi yeməkdə loğman, 
Saxlar öz nəfsini yad loxmalardan. 
Heç kəs getmədiyi naməlum yolla, 
Yoldaş çox olsa da, getmə sən əsla! 
Çox yaxın olsa da, qorxulu yoldan 

:

front -> files -> libraries
libraries -> Microsoft Word diplomatiya az doc
libraries -> Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
libraries -> Hüseyn Arif-90
libraries -> []
libraries -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman
libraries -> Elmi redaktor: Sakit Hüseynov
libraries -> Kürdəmir rayon mks-nin Metodika və biblioqrafiya şöbəsi. Vətənim Azərbaycandır. Metodik vəsait
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


keywordslandscapeinlitera.html

keywordsnon.html

kezdejso-sandar--.html

kezede-2011-2013-zhzh---.html

kezekte-trkelgen-4.html