1 ... 35 36 37 38 39 40 41 42 ... 64

Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc - səhifə 39

səhifə39/64
tarix19.07.2018
ölçüsü2.8 Kb.

               _______________  

Milli Kitabxana


  ________________ 
154 
 
İgiddi, tərifə yox ehtiyacı, 
Başına layiqdi Kəyanlar tacı. 
Bel sanki əlində qızıl açardı. 
Üzündə iş-gücün nişanı vardı. 
Beli gah qaldırır, gah endirirdi, 
Suyu gah kəsirdi, gah da verirdi. 
Şah dəvət eləyib soruşdu ondan: 
"Nədəndir torpağa meylin, ey cavan? 
Bir gözəl oğlansan, düşüncən də var, 
Gözəl iş görməli gözəl insanlar. 
Sənə layiq deyil bu çöldə qultək 
Əlinə bel alıb rəncbərlik etmək. 
Belə gözəl, parlaq gövhərə əsla 
Yaraşmaz torpağa qaxılıb qala. 
Lap şahlıq verərəm istəsən sənə, 
Əl çək bu torpaqdan, qulaq as mənə.." 
Ağıllı əkinçi eyləyib xitab, 
Verdi padişaha ədəblə cavab: 
"Ey dünya alimi, adil hökmüdar, 
Sənə ram olmuşdur xamlar, harınlar. 
Bir elə iş ver ki, hər peşəkara, 
Qoymasın işindən onu avara. 
Başqa iş bilmərəm, əkinçiyəm mən, 
Padşahlıq eləmək gəlməz əlimdən. 
Rəncbərin yatağı daim bərk olar, 
Biz yumşaq yataqda olarıq donqar. 
Bərkliyə öyrənib vücudum mənim, 
Çox yumşaq yatağa dözməz bədənim. 
Zəriflik eləsə kobud bədənlər, 
Elə bil yapışqan bal olmaq istər!.." 
Bu cavab padşahın gəldi xoşuna, 
Ürəkdən "Afərin!" söylədi ona. 
Sonra da etməkçün onu imtahan 
Soruşdu: "Allahın kimdir, ey cavan? 
Səni kim qoruyur dünyada şərdən? 
De, nəyə etiqad eləyirsən sən? 
Kimə qul bilirsən, söylə, özünü? 

               _______________  

Milli Kitabxana


  ________________ 
155 
 
Tikibsən hansı bir yola gözünü?" 
Gənc dedi: "Ey haqdan xəbərlər verən, 
Peyğəmbərlik edib düz yol göstərən! 
Səninlə bir yolun yolçusuyam mən, 
Mənim də qibləmdir sənin öz qiblən. 
Dağları, daşları, çağlayanları, 
Göyləri bəzəyən kəhkaşanları 
Yaradan allaha mən gecə-gündüz 
Səcdəylə sürtürəm bu torpağa üz. 
Bu qaşı, bu gözü odur nəqş edən, 
Özümdən xəbərsiz mənə bəxş edən. 
Daha neçə nemət mənə göndərmiş, 
Onun yüzdə biri min fayda vermiş. 
Mənim də borcümdur ona şükr etmək, 
Allahı tanıyan şükr edə gərək. 
Sən bir peyğəmbərsən, mən allaha qul, 
Odur ki, edirəm dinini qəbul. 
Mən səni əvvəldən görüb yuxuda, 
Sayəndə dirildim balıqtək suda. 
Indi, sən qarşımda zühur edəndə, 
Əmrinə həmişə hazıram mən də. 
Dünya yetirməmiş sənintək insan, 
Səni tək yaratmış böyük yaradan. 
Aləmdə şadlığın mayəsi sənsən, 
Dünyanı hifz etdin öz səddinlə sən!" 
Şahların başçısı olan İskəndər 
Həmin xoşxasiyyət gəncə bir qədər 
"Afərin!" söyləyib öpdü alnından, 
Allahın adını eylədi bəyan. 
Ona bağışladı şahanə xələt, 
Allahın dinilə tapdı o qüdrət. 
Bu güllü, çiçəkli gülşən ölkədə, 
Çəmənli, bulaqlı bu şən ölkədə 
Qoşunla birlikdə şah bir gün qaldı, 
Hamı rahatlanıb dincini aldı. 
Bu yeddi xalvarlıq təbli çaldıran 
Xoruza əmr edib verdirəndə ban
211


               _______________  

Milli Kitabxana


  ________________ 
156 
 
Yola hazırlaşdı yenə İskəndər, 
Tədarük gördülər, başlandı səfər. 
Xeyli uzaqlaşıb həmin ölkədən, 
Başqa bir mənzildə saldılar məskən. 
Bu ölkə cənnəttək gözəl bir yerdi, 
Torpağı əkinsiz məhsul verərdi. 
Ağaclı, çiçəkli gözəl diyardı, 
Hər yanda şahanə saraylar vardı. 
Ancaq torpağını basmışdı sular,  
Çürüyüb solmuşdu orda hər nə var. 
Şah sordu: "Bu yerdə kimlər hakimdir? 
Bu hansı ölkədir? Sahibi kimdir? 
Bunun əkinçisi, öküzü hanı? 
Hanı xış sürəni, cilov tutanı?" 
Yerlilərdən biri təzim eylədi, 
Şaha əhvalatı belə söylədi: 
"Qəlbə fərəh verir bu gözəl diyar. 
Onun bərəkətli zəmiləri var. 
Burda əkin əksən vaxtında əgər, 
Məhsulu ən azı birə min verər. 
Ancaq zülm əlindən gəlib zavala, 
Düşüb bu faydasız, bəhrəsiz hala. 
Adil olsa idi burda hökmüran. 
Kənd abad olardı, kənddə də - insan. 
Bu yer ədalətə görə verər bar, 
Zülmdən zavala gəlib məhv olar. 
Bir yerdə insafdan olmasa nişan. 
Quruyar istidən, çürüyər sudan. 
Bu yerdə zülm olsa bir arpa qədər, 
Arpanı, buğdanı yel, sel məhv edər. 
Bu yerin çox incə tərəzisi var, 
Bircə arpa onu əyərək pozar." 
İskəndər bildi ki, bu su, bu torpaq 
Zülmdən xaraba qalıb bu sayaq, 
Ədli bərpa etdi. kənd oldu abad, 
Qoydu adını da: İskəndərabad. 
Bir qanun qoydu ki, o kənddə heç kəs 

               _______________  

Milli Kitabxana


  ________________ 
157 
 
Muzdurun haqqını verməyə bilməz. 
Hər kəs verməlidir malına zəkat, 
Ora xərac üçün gəlməsin barat. 
Heç bir tövcü yığan ora gəlməsin... 
Belə hökmüdara yüz min afərin! 
 
 

İSKƏNDƏRİN QƏNDƏHAR 


BÜTXANƏSİNƏ YETİŞMƏSİ 


 
Müğənni, mizrab vur, gəlsin dilə saz, 
Çünki bu işimiz sazsız saz olmaz! 
Bu saz yar olarsa əgər bir kəsə, 
Gələr onun qəlbi eşqə, həvəsə. 
 
Səfalı bir gündə, ilk bahar çağı 
Seyr etmək nə xoşdur bağçanı, bağı. 
Bənövşə gətirə bahardan soraq. 
Nərgiz əllərində qaldıra çıraq, 
Quşların qanları gəldikcə cuşə. 
Qəlbləri naləylə gələ xüruşə. 
Sərv altda qırqovul quşuna bənzər 
Düzülə rəngarəng qızıl qədəhlər, 
Çöllərdə ceyranlar başlaya rəqsə, 
Ceyran quzuları verə səs-səsə. 
Güllər büsat qura çay sahilində, 
Şirindil bülbüllər ola sazəndə; 
Qumrunun səsilə gülün nəsimi 
Uyuşa ülfətlə iki dost kimi... 
Belə bir fəsildə ən sevimli şey 
Rudun ahəngidir, bir də gülgün mey... 
Çala badam gözlü bir türk nəğməkar, 
Simlərin üstünə tökülə saçlar. 
O simlər dəyəndə nazlı əllərə, 
Qırılıb qarışa ipək tellərə. 
Sən nəğmə qoşasan oynaq rəng ilə, 
O da cavab verə sənə çəng ilə. 

:

front -> files -> libraries
libraries -> Microsoft Word diplomatiya az doc
libraries -> Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
libraries -> Hüseyn Arif-90
libraries -> []
libraries -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman
libraries -> Elmi redaktor: Sakit Hüseynov
libraries -> Kürdəmir rayon mks-nin Metodika və biblioqrafiya şöbəsi. Vətənim Azərbaycandır. Metodik vəsait
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşdirilmiş kitabxana sistemi
libraries -> Qobustan rayon Mədəniyyət və turizm şöbəsi Qobustan rayon Mərkəzləşmiş kitabxana sistemi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


kezekte-trkelgen-9.html

kezndeg-ekologiyali.html

kfa-eichsfeld--unstrut.html

kfilorabidsi---nizami.html

kfiyyat-v-ks-kfiyyat.html