1 ... 100 101 102 103 104 105 106 107 ... 132

Milli Kitabxana 1 - səhifə 104

səhifə104/132
tarix28.06.2018
ölçüsü2.68 Mb.

__________________Milli Kitabxana__________________ 

__________________________________________________322 

 

Camaatımız yenə də "zəhmət çəkib" səbəbini bilmək istəmirdi. Sual etmirdi: 

nə  səbəbə bu barədə "bizim" qəzetələr yazmırlar? Xülasə, müəllimlərin hər 

addımında, hər hərəkətində bərəkslik görüb camaatımız nəinki bağırmır idi, hətta 

söhbət məqamında quru təəssüf də göstərmir idi... Deyəsən gərək belə də olaydı. 

Bir-iki yalançı pəhləvan millət, millət deyib meydana çıxan vardı isə də, bunlar 

da "ah, nə pis iş oldu" deyib, "Allah kərimdir" sözləri ilə özlərinə  təsəlli 

verirdilər. Daha anlamayırdılar ki, doğru, Allah kərimdir, lakin vaxt kərim deyil! 

Bunu düşünmürdülər ki, öz əlləri ilə özlərinə quyu qazıb yüz min məşəqqətlə 

meydana gələn milli işiərini mürur ilə puç etmək istəyirlər. 

Açıq söyləməli: camaatımızın ağlı gözündə olub, həqiqət, millət dostu kim 

olmağını düşünmədi... Diploma, nişana aldanıb quzu cildində qurdlara yol 

açdılar, sidq ürəklə  təmənnasız, qərəzsiz milli hissiyyatı ilə meydana gələn 

müəllimlərin yollarını bağladılar. Bunları gözdən salıb "diplomluların" 

ətəklərindən yapışdılar... Yapışıb da ümum tərəqqini on il dala saldılar. Buraya 

ümid bağlayanların ümidlərini birmərrə kəsdilər. Bakı "bir vaxtadək" tərəqqiyi-

ittifaq mərkəzi hesab olunur idisə  də, indi tənəzzül və nifaq mərkəzi olmağına 

şübhə 


Hal-hazırda nə ilə özünüzə  təsəlli verirsiniz? Şəhər dumasında bəzi 

oxumuşlarımızın bulunmağı iləmi, ya əlimizdə olan qəzetələrləmi? Bunları 

böyükmü səadət hesab edirsiniz? Ediniz, lakin insafı  əldən buraxmayınız, bir 

yaxşı fikir ediniz! Kim idi məclislərdə, qəzetlərdə bağırıb-çığıran, yazan ki, bizə 

milli qəzetə lazımdır? Kim idi zasedaniyalarda, iniqablarda yazan, dil bilməz 

qlasnıları  qəzetələrdə  həcv edib onların  əvəzinə oxumuşlardan seçiniz deyən? 

Kim idi? Müəllimlər deyildilərmi? Haman diplomluları sizə nişan verənlər 

bunlar deyildilərmi? Onlara "rahat yuva" hazırlayan müəllimlər olmadılarmı? 

Yox əfəndim! İnsaf! İnsafla meydana gəliniz! Müəllimlərdə qüsur görürsünüzsə, 

öz qüsurunuzu, xətanızı örtüb basdırmayınız? 

Müəllimlər, yenə deyiriz, "bir vaxtadək" öz təkliflərini dürüst anlayıb 

bacardıqları qədər iş görürdülər. "Bir vaxtadək" ah, nə yaxşı, nə gözəl bir vaxt 

idi! Bir tərbiyəli, bir təsəvvürlü müəllimlər  əl-ələ verib hamı bir adam kimi 

hərəkət edirdi. Saf ürəyilə ümumi bır məqsədə yeriş edərkən qeyri oxumuşları, 

qeyri mənsəb sahiblərini arayıb tapırdılar.  Bunlar ilə  də ittifaq etmək istəyib 

nadanlığın 

  

__________________Milli Kitabxana__________________ 

__________________________________________________323 

 

müqabilinə zor qoşunla çıxmağa cidd-cəhd edirdilər. Lakin heyif! Çox heyif ki, 

müəllimlər sadə, saf ürəklə meydana gələrkən "qeyri oxumuşlar" diplomatlıq 

qaydası ilə  hərəkət edirdilər... Bunlar bir kibr və qürurla müəllimlərə baxıb 

camaatın nəzərində onları  həqir göstərirdilər. Camaat isə onların xədəmələrinə 

aldanıb müəllimlər göstərdikləri qulluqları bilmərrə unudub, "əsil millətpərəst 

bunlardır" deyib diplomların ardınca getdi. Axırda müəllimlərə  həqir baxanları 

onlara böyük etdi... Şan-şövkət gəzənlərə bu bəs edərdi! Əllərinə ixtiyar alıb sağ-

solunu gözləməzdilər. Bu işin aqibəti nə olar? Sualını fikirlərindən keçirtməyib 

hər məclisdə, hər yığıncaqda "müəllimlər heç bir şey etmirlər və etmək də 

bacarmırlar" deyib, camaatın qulağını doldurur idilər. Axırda bunların "təlim 

işlərinə  əl uzadırdılar", "pedaqogika", "didaktika", "psixologiya" elmləri nə 

olmağını əsla anlamayıb bunların hərəkətlərinə irad tuturdular. Hətta cürət edib 

zikr olunan elmlərdə bunların səhvlərini göstərirdilər... Məqsədləri nə idi? 

 

*** 


 

Millətin fəqir və zəlalətinə əsasən səbəb onun əqil və mənəviyyatının fəqir və 

nöqsanıdır. 

Bu sözləri sadə demək hünər deyildir. Bir də deyib də əməl etməlidir. Henrix 

Pestalotsi bu sözləri həm dedi, həm də dediyinə  əməl etdi. Ağlını, ruhunu, 

malını, ömrünü axır nəfəsinədək millət yolunda, daha dürüstü, yetim uşaqların 

yolunda sərf edib dünyaya əlvida etdi. 

Bir müəllim müəllimliyə hazırlanarkən ola bilərmi ki, Henrix Pestalotsinin 

adını  eşitməsin? Ola bilərmi ki, bunun uşaqlara olan məhəbbətini bilməsin? 

Təlim və tədrisə dair nəsihətlərini oxumasın? 

Doğrudur, Henrix Pestalotsi 79 il bundan müqəddəm dünyadan köçübdür. 

Lakin 79 il bundan müqəddəm dediyi sözlər, təlim və tərbiyə yolunda göstərdiyi 

hərəkətlər indiyədək və bundan sonra da baqi qalacaqdır. 

79 ilin ərzində pedaqogika, didaktika elmləri və bu elmin göstərdiyi yeni 

üsullar böyük tərəqqi tapıbdır və getdikcə tapacaqdır. Fəqət "Henrix Pestalotsi 

təlim və tərbiyə işlərində şəfqət və məhəbbəti hər deyə mürəccəh bilirdi. 

 

    



__________________Milli Kitabxana__________________ 

__________________________________________________324 

 

Henrix Pestalotsi həmişə deyirdi: "mən heç vaxt heç kəsdən üsuli-tədris və 

təlim öyrənməmişəm. Tərbiyəyə dair elmlər oxumamışam lakin uşaqlara mənim 

bir mənfəətim olurdusa, ancaq məhəbbət və  şəfqət sayəsində olurdu". Qoca 

Pestalotsi axır nəfəsinədək bu təsəvvürdə olub özündən sonra qoyduğu asar vo 

təlifatının hər səhifəsində, hər sətrində bu yoldakı fikirlərini soyləyirdi. 

Bu günlərdə Bakı müəllmlər ictimai olmağa görə indi istəyiriz bir iki ay, sənə 

dövriyyəsi münasibət ilə  şənliklər edilən məşhur pedaqoq Henrix Pestalotsinin 

barəsində bir az söhbət edək, tainki bilənlər bir də təkrar etsinlər və bilməyənlər 

bilsinlər ki, təlim və tərbiyə işlərində şəfqət və məhəbbətin gücünə edilən tərəqqi 

heç bir pedaqogika elmlərinin gücü ilə edilməz, müəllimin uşaqlara  şəfqəti 

olursa, elmi-ruhsuz və elmi-tədrissiz məqsuda çatmaq mümkündür. Hər uşağın 

özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağa binaən hamıya bir qayda və bir 

qanunla dərs vermək, hamıya bir dillə bəyan etmək olmaz, hamını bir "ölçü ilə 

ölçmək" olmaz; uşaqların parası zehinli, zəkavətli, bir parası zehinsiz, fəhmsiz, 

bir parasını qüvveyi-hafizəsi qüvvətli, bir parasınınkı - naqis, bir parası müdhiş 

hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara 

məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz bildiyinə, 

qanacağına görə hərəkət edərsə, hər kəsin eybinə görə çarə ararsa, əlbəttə, təlim 

və tərbiyə düz yolu ilə gedib tərəqqiyi-əla dərəcəyə çatar. Henrix Pestatotsi belə 

bir təsəvvürdə olarkən onun təlim və tərbiyə yolunda fikir və hərəkəti hal-hazırda 

və gələcəkdə ümum müəllimlər üçün gərəkdir dosturüləməl olsun. 

Bunun öz tərbiyəsi daba ziyadə ibrətbəxşdir. Baxaq nə tövr tərbiyə almış və 

haman tərbiyənin səmərəsi nə olmuş. Henrix Pestalotsi Zurix şəhərində 1746-cı 

ildə yanvarın 12-də təvəllüd tapıbdır. Henrix Pestalotsi altı yaşında olarkən atası 

öldü. Anası və qulluqçularından Babili uşağın tərbiyəsinə məşğul oldular. Babili 

haman arvad idi kı, Pestalotsinin atası Jan Batisti öləndə ona and vermişdi ki, 

öləndən sonra onun külfətini buraxmasın. Babili sözünün üstündə  bərk durub 

balaca Pestalotsiyə və anasına böyük xidmətlər göstərdi. 

Kölfət əvvəlindən də kasıb idi. Jan Batistidən sonra daha bir üınia yeri yox 

idi. Henrixin anası çox şeyi özünə haram edərdi, Babili isə bir qəpik artıq 

xərcləməyə qoymazdı. İki arvad bu minval Jandan qalmış cüzi pulu çox ehtiyat 

ilə xərc edərdilər ki, axırda Henrix Pestalotsiyə 

  

 

 


:

Poem-Literature -> Other -> 2015
2015 -> []
2015 -> Microsoft Word kitab elm doc
2015 -> []
Other -> Азярбайъан милли елмляр академийасы
Other -> Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri
Other -> Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
Other -> Povest-pritça firuz Mustafa Tebriz-Turuz-2012
Other -> Varliğimiz


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


mektepke-dejingi-balalar-8.html

mektepke-dejng--bastauish-12.html

mektepke-dejng--bastauish-2.html

mektepke-dejng--bastauish-7.html

mektepke-dejng-balalar---2.html