MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 1 ... 7 8 9 10 11 12 13 14 ... 41

MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI

səhifə11/41
tarix08.07.2018
ölçüsü28.63 Kb.

33


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 


II FƏSİL


Məktəbin  tədris­təcrübə  sahəsi  dəniz  səviyyəsindən  1950  m 
hündürlükdə yerləşir. Belə şəraitdə ekoloji amillərin əkilmiş bitkilərə 
təsirinin, inkişaf xüsusiyyətlərinin öyrənilməsinin həm elmi, həm 
də təcrübi əhəmiyyəti vardır. 2012­ci ilin mart ayında toplanmış 
adi şam ağacının hər 100 ədəd toxumundan 61%­nin cücərməsi 
qeydə alınıb. Cücərtilərə torpaq və iqlim şəraitinin təsiri müntəzəm 
öyrənilərək müşahidələr aparılır. Gənc meşəçilər becərdikləri ağac­
ları meşələrin tükənmiş ərazilərində bərpa işlərində istifadə etmək 
arzusundadırlar.  Biçənək  kəndinin  “Gənc  meşəçilər”  dəstəsinin 
üzvləri ərazidə mövcud olan su mənbələrinin, çay və göllərin çirk­
lənməsinin  qarşısını  almaq  məqsədilə  mümkün  olan  ərazilərdə 
yaşıllaşdırma işlərinin hətyata keçirilməsinə xüsusi diqqət yetirir­
lər.  Batabat  gölünün  ətrafında  apardıqları  monitorinq  zamanı 
məktəblilər küllü miqdarda tullantı toplayaraq zərərsizləşdirmişlər. 
Batabat gözəl təbiəti, buz kimi soyuq, saf suyu və xüsusən “Üzən 
adası” ilə məhşur ərazi olduğuna görə daim yaz və yay aylarında 
turistlərin əraziyə axını güclənir. Antropogen təsirin artması ərazi­
də  yerləşən  su  hövzələrinin  çirklənməsinə  səbəb  olur.  Ərazidə 
təmiz lik  işlərinin  həyata  keçirilməsi  zamanı  məktəblilərin  təbiətə 
qarşı məsuliyyətli münasibəti əraziyə gələn turistlərin nəzərindən 
yayınmadığına  görə  keçirilən  ekoloji  monitorinq  su  hövzələrinin 
çirklənməsinin qarşısının alınmasında müsbət nəticə verib. Ayda bir 
neçə dəfə keçirilən ekoloji aksiyalar zamanı gənc meşəçilərin ətraf 
mühitə  münasibəti  digər  insanlara  da  güclü  təsir  göstərdiyindən 
ərazilərə atılan tullantıların azalmasına səbəb olmuşdur. Biçənək 
məktəbliləri  Naxçıvan  çayının  və  onun  qollarının  sahillərinin,  yol 
kənarlarındakı  su  hövzələrinin  ətrafının  yaşıllaşdırılmasında  fəal 
iştirak edərək yüzlərlə ağac tingləri əkmişlər.

Meşə haqqında ümumi məlumat


Meşələr oksigen istehsal edən nəhəng ekoloji sistem kimi fəla­
kətli  daşqınların,  sel  axınlarının,  güclü  küləklərin,  iqlim  dəyişik­
liklərinin, günəş şüalanmasının, havanın, torpağın, suyun çirklən­
məsinin,  səs­küyün  qarşısını  almaqla  ətraf  mühitə  antro pogen
təsirin azaldılmasında əhəmiyyətli rol oynayır. Eyni zaman da meşə­
lər havanı tozdan, küləkdən, tüstüdən, hısdən və s. kimi insanlara
ziyan verən qarışıqlardan təmizləməklə çox böyük sağlamlaşdırıcı
təsir  göstərir.  Müəyyən  edilmişdir  ki,  1  hektar  palıd  meşəsi  gün
ərzində  56  ton,  fıstıq  meşəsi  68  ton,  şam  meşəsi  38  ton  tozu
yarpaqlar vasitəsilə tutub saxlayır.

34


II FƏSİL 


MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI


Müasir  texniki  tərəqqi  dövründə  bir  avtomobilin  min  km
məsafə  qət  etməsinə  sərf  olunan  oksigen  bir  insanın  il  ərzində
tənəffüsü üçün lazım olan oksigen ehtiyatına bərabərdir. Hazırda
dünyada  milyonlarla  avtomobilin  hər  biri  ildə  15­20  min  km
məsafə qət edərkən planetdə olan bütün canlıların tənəffüsü üçün
lazım  olduğundan  daha  çox  oksigen  sərf  edilir.  Reaktiv  təyyarə
Amerikadan Avropaya uçuş zamanı 8 saat ərzində 50­57 t oksigen
sərf edir. Həmin müddət ərzində yalnız 25­50 min ha meşə sahəsi
bu ehtiyatı bərpa edə bilər. Meşənin mühit yaradıcı, su və torpaq
qoruyucu  funksiyaları  ətraf  mühitdə  ekoloji  tarazlığın  qorunub
saxlanmasında mühüm rol oynayır.
Meşə ­ sağlamlıq mənbəyidir. Azərbaycanın meşələrində bitən
dərman bitkilərindən qırxbuğum, bağayarpağı, kəklikotu, qantəpər,
moruq, çiyələk, bədrənc, dazıotu, gicitkan və s. xalq təbabətındə
tətbiq  olunur.  Eyni  zamanda  meşənin  ağac  və  kol  bitkilərindən
cökə, dağdağan, şam, palıd, qoz ağacı, adi ardıc, yemşan, böyür­
tkan,  itburnu,  çaytikanı,  sumax,  nar  və  s.  dərman  bitkisi  kimi
istifadə  olunur.  Meşə  bitkilərinin  havaya  buraxdıqları  fitonsidlər
adlanan uçucu maddələr xəstəliktörədən mikroorqanizmləri məhv
edir. Şəhərin havasına nisbətən meşənin havasında 40­60 dəfə az
mikrob olur. Meşə bitkiləri havanı ionlaşdırmaqla insan səhhətinə
müsbət  təsir  göstərir.  Meşədə  oksigen  ionları,  örtülü  binalarda
olduğundan 20­100 dəfə çoxdur. 1 ha meşə sahəsi il ərzində 10­
20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac edir.
Meşəsiz sahələrdə leysan yağışları nəticəsində çaylar öz məc­
rasın dan çıxaraq daşqınlar əmələ gətirir, quraqlıq zamanı isə çay
suları azalır. Çay kənarındakı tuqay meşələrinin içməli su ehtiyatının
toplanmasında  böyük  əhəmiyyəti  vardır  və  bu  meşələrin  məhv
edilməsi böyük problemlər yaradır.
Meşədəki ağaclar əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif ekoloji
şəraitə uyğunlaşan bitkilərin həyat formaları ilk baxışdan fərqlənir.
Ağac, kol və ot bitkilərini quruluşuna görə yəqin ki, fərqləndirməyi
bacarırsınız.
Ağaclar da digər bitkilər kimi əsas iki hissədən­ yerüstü və yeraltı
hissədən, yəni kök boğazı ilə ayrılmış kökdən və gövdədən ibarətdir.
Kökdən inkişaf edən zoğun üzərində gövdə və yarpaqlar formalaşır.
Budaqlar  yarpaqları  işığa  doğru  qaldıraraq  qida  maddələrinin
və  rütubətin  ötürülməsinə  xidmət  edir.  Ağac  və  kolların  gövdəsi
qabıqla  örtülü  olub  gövdəni  zədələnməkdən  qoruyan,  zoğun
inkişafını  təmin  edən  hüceyrələrdən  ibarətdir.  Müxtəlif  ağacların
gövdəsinin qabığı rənginə və quruluşuna görə fərqlənərək yaşıl, ağ,

:

pars docs -> refs
refs -> Dos. N. Z.Çələbiyev
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev Mövzu 10. Depresiya və postravmatik stresslər
refs -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat
refs -> O zbek iston respublikasi oliy va 0 ‘rta maxs*js ta’lim vazirligi
refs -> Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev
refs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
refs -> Dərman vasitəsinin istifadəsi üzrə təlimat
refs -> Karakalpak tüRKÇESİndeki tip terimleri
refs -> Sayıqlama ideyaları neçə qurupa bölünür?
refs -> Duman paranoya mp3 indir boxca


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


microsoft-word-grnt-leme-5.html

microsoft-word-grnt-leme.html

microsoft-word-gulnara-11.html

microsoft-word-gulnara-16.html

microsoft-word-gulnara-20.html